DiN hava limanındakı qətllə bağlı məlumat yaydı

img

24-05-2013 [01:59]


Daxili İşlər Nazirliyi Heydər Əliyev Beynəlxalq Hava Limanının baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, mayın 23-də saat 14.00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanının avtomobil dayanacağında Şərur rayon sakini Sahib Musayev tanışı, Ordubad rayon sakini Həsən Əhmədova məxsus "VAZ-2106" markalı avtomaşında qisas məqsədilə Ordubad rayon sakini Alim Əhmədovu bıçaqla qətlə yetirib. Sonra o, meyiti həmin avtomaşınla Nərimanov RPİ-yə gətirərək özü də könüllü olaraq təslim olub. Qeyd edək ki, dünən Aznyus saytı xəbər vermişdi ki, dəhşətli cinayəti törədən şəxs idman aləmində müəyyən nüfuza malik olan və ?Şərurlu Musa? kimi tanınan Musa Musayevin qardaşıdır. Cinayəti törədən şəxs ötən ilin dekabrında Moskvada güllələnərək öldürülən Natiq Musayevin qardaşıdır. Məlumata görə, öldürülən A.Əhmədov N.Musayevin qatili imiş. Qardaşı isə onu öldürərək, N.Musayevin qisasını alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA