Fərid Məmmədov Bakıda canlı konsert verəcək

img

22-05-2013 [12:27]


?Eurovision 2013? mahnı müsabiqəsində Azərbaycana ikincilik qazandıran Fərid Məmmədov bu yaxınarda Bakıda canlı konsert verəcək. ANS PRESS-in məlumatına görə, bu barədə Fərid Məmmədov jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, konsert canlı musiqi ilə müşayət olunacaq. Onu orkestr müşayət edəcək. F.Məmmədov bundan sonra da müxtəlif müsabiqələrdə Azərbaycanı layiqincə təmsil edəcəyini bildirib. "Biz bu yarışa layiqincə hazırlaşdıq. 2 ay gecə-gündüz çalışdıq. Məşqləri bir an belə dayandırmadıq. ?Eurovision-2013? mahnı müsabiqəsində yaxşı nəticə əldə edəcəyimizə əmin idik. Bizə dəstək verənlər çox oldu. Hamıya ürəkdən təşəkkür edirəm. Bundn sonra da sənətimi davam etdirəcəyəm", - deyə F.Məmmədov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA