Cüdoçunu bıçaqlayan dönərçi qanına qəltan edildi

img

21-05-2013 [04:02]


Bakının Suraxanı rayonu ərazisində qan qanla yuyulub. Rayon Polis İdarəsindən verilən məlumata görə, ötən ay cüdoçunu bıçaqlayan şəxs bu dəfə özü vurulub. Cinayət hadisəsi Qaraçuxur qəsəbəsində törədilib. Dönər satmaqla məşğul olan 29 yaşlı Rafiq Əliyev ölümcül bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis tərəfindən müəyyən edilib ki, yaralı Rafiq Əliyev aprelin 28-də 22 yaşlı cüdoçu Rauf Əliyevi bıçalayaraq gizlənən şəxsdir. Ona görə də polis hazırda Rafiqin də məhz həmin idmançı tərəfindən qisas zəminində bıçaqlanması versiyası üzərində işləyir. Qeyd edək ki, həmin vaxt Rauf Əliyev əsgərlik dostu ilə görüşərək onu Qaraçuxur qəsəbəsində yaşayan dayısıgilə aparıb. Qayıdan zaman 3 nəfər onun qarşısını kəsərək gecənin bu saatında məhəllədə neylədiyini soruşub. Dostu ilə dayısıgilə qonaq gəldiyini desə də, sərxoş şəxslər ondan əl çəkməyiblər. Onlar əlbəyaxa olublar. Rauf ona endirilən zərbələrdən yayına bilib, hətta onlara fənd də tətbiq edib. İdmançı qarşısında aciz qalan şəxslər ona başqa üsulla güc gəliblər. R.Əliyevi bıçaqlayan şəxslər həmin vaxt qaçaraq istintaqdan gizlənirdilər. Rafiqin bıçaqlanması bir ay əvvəlki cinayətin üstünü də açıb(milli.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA