Mədət Quliyev həbsxana rəisini izdən çıxarıb

img

21-05-2013 [02:38]


Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Arif Mirzəyev tutduğu vəzifəsindən azad edilib. MİA-nın ?Aznews.az?a istinadən verdiyi məlumata görə, rəisin işdən çıxarılmasına əsas səbəb 17 saylı CM-də özbaşınalıqlar və məhbusların təhqir olunmasıdır. Qeyd edək ki, bir müddət öncə kütləvi informasiya vasitələrində Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən bir qrup məhkumun məktubu dərc olunub. Məktubda Nemət Pənahlının da cəza çəkdiyi müəssisənin 28 sakini saxlanma şəraiti ilə bağlı şikayətlərini çatdırıblar. Məktubda müəssisədə olan müxtəlif problemlərə toxunulur, dustaqlara qeyri-insani münasibətin olduğu bildirilib. Onu da nəzərə çatdıraq ki, 17 saylı CM-ə adı mətbuatda ən çox adı çəkilən həbsxanadır. Hazırda Arif Mirzəyevin yerinə müvəqqəti olaraq Elçin Əlicanovun təyin olunduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA