ARDNŞ-in fəhlələri arasında kütləvi zəhərlənmə

img

16-05-2013 [11:28]


ARDNŞ-nin 28 May adına Neft Qaz Çıxarma İdarəsinin 4-cü dərin dəniz özülündə fəhlələr kütləvi şəkildə yeməkdən zəhərləniblər. Bu barədə məlumatı AzNews.az-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı verib. M. Qəhrəmanlının sözlərinə görə, bu barədə ona 28 May adına Neft Qaz Çıxarma İdarəsindən bildiriblər. Məlumatda bildirilir ki, yeməkdən zəhərlənən 10 nəfər helikopterlə ərazidən çıxarılıb. Yeməkxananı ərzaqla "Xəzəriaşə" MMC təmin edir: "Yataqxanaların mətbəxində yemək bişirməyə icazə verilmir, yeməkxanada yeməyə məcbur edilirlər". Məlumatla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA