Azərbaycan Ordusu daha bir əsgərini itirdi

img

16-05-2013 [11:10]


Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən ?N? saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissədə xidmət edən əsgər, 1994-cü il təvəllüdlü Əlizadə Ramil Ətraf oğlu əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, R. Əlizadə 2012-ci ilin aprelində Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA