Aslan ismayılov: "Gülər Əhmədovanın həbsi ədalətsizlikdir"

img

15-05-2013 [11:55]


Tanınmış vəkil Aslan İsmayılov Gülər Əhmədova ilə bağlı danışıb. Vəkil ?Qafqazinfo?ya verdiyi müsahibəsində Gülər Əhmədovanın həbsini ədalətsizlik adlandırıb: ?Mən əvvəldən bildim ki, Gülər Əhmədova mandat alverində sıradan bir fiqurdur. Onun üstündə də çoxsaylı adamlar var. Mentalitetləmi əlaqədardır bilmirəm, bir xanımın həbsi mənə təsir etdi, hesab etdim ki, bu bir ədalətsizlikdir. Təşkilatçı kişilər bayırda, qadın isə həbsdə". Vəkilin sözlərinə görə, əgər sabiq millət vəkili olanları səmimi olaraq etiraf etsə, ona vəkillik edə bilər: ?Əgər Gülər Əhmədova həqiqətən də o prosesdə haqqın, ədalətin üzə çıxması ilə müdafiə olunmaq istəyirsə, mən onu müdafiə edərəm. Amma Gülər bunu istəməyəcək. O istəyəcək ki, bu cinayəti ört-basır etmək üçün mən vəkillik edim. Bu gün də mən açığam. Əgər Gülər Əhmədova səmimi olaraq olanları etiraf etməyə hazırdırsa, mən onu müdafiə edərəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA