Bakıda 25 yazlı oğlan 41 yazlı sevgilisini öldürüb basdırdı-TƏFƏRRüAT

img

15-05-2013 [10:23]


Bakı şəhərinin Xətai rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 15-də Yasamal rayonunun Qədirli küçəsi 126 ünvanından itkin düşmüş 1972-ci il təvəllüdlü Mirzəyeva Bəsti Paşa qızının əslində öldürüldüyü məlum olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, 1972-ci ildə Abşeron rayonunun Altıağac kəndində anadan olmuş B.Mirzəyeva itkin düşdüyü tarixdən tanışı Göyçay rayonunun Çaxırlı kənd sakini 1988-ci il təvəllüdlü Məmmədov Sübhan Mübariz oğlu ilə birgə olub. Onlar Əhmədli kəndində kirayə ev tutublar və birgə yaşayaıblar. Mayın əvvəlində isə S.Məmmədov qadını boğaraq öldürüb. Hüquq-mühafizə orqanları hadisədən mayın 12-də xəbər tutub. S.Məmmədov polisə bildirib ki, evə gələrkən 41 yaşlı sevgilisinin evdə asılı vəziyyətdə tapıb və qorxub. O qadını elə həyətdəcə basdırıb. Təyin edilmiş ekspertizalar isə gənc oğlanın yalan ifadə verməsini sübut edib. Məlum olub ki, qadın boğularaq öldürülüb. S.Məmmədov daha sonra onu mələfə ilə boğduğunu etiraf edib. Faktla əlaqədar cinayət işi başlanılıb. S.Məmmədov saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA