Füzuli Ələkbərovun nazirliyində 2 milyon mənimsənilmə azkarlandı

img

06-05-2013 [04:53]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 1 oktyabr 2011-ci il tarixdən 1 mart 2013-cü il tarixədək olan dövrü əhatə edən müddət ərzində aparılmış araşdırmalarla mərkəzin vəzifəli şəxsləri tərəfindən ünvanlı sosial yardımların, sosial müavinətlərin, təqaüdlərin hesablanması və ödəməyə yönəldilməsi prosesində saxtakarlıqlara yol verilərək ümumilikdə 2 milyon 236 min manat məbləğində vəsaitin mənimsənilməsi aşkar edilib. Bu bərədə Baş Prokurorluq məlumat yayıb. Məlumatda o da bildirilir ki, nazirliik tərəfindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib: "Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış müvafiq araşdırmalarla həmin xüsusatlar təsdiqini tapdığından fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayətin iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA