Xaçmazda zok hadisə: bacı qardazından hamilə qaldı

img

03-05-2013 [01:41]


Xaçmaz rayonunda hər kəsin əsəblərini tarıma çəkəcək olayla bağlı şok məlumatlar əldə etmişik. AzNews.az-a daxil olan məlumata görə, rüsvayçı hadisə rayonun Mollaoba kənd sakini Təhmasib Muradovun ailəsində qeydə alınıb. Belə ki, adı çəkilən şəxsin 24 yaşlı oğlu Elçin Muradov 7-ci sinifdə oxuyan bacısı ilə cinsi əlaqədə olub. Faktın üstü isə xəstəxanada açılıb. Belə ki, qızını səhhətindəki problemlə əlaqədar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gətirən ailəyə onun 2 aylıq hamilə olduğu deyilib. Ailə faktı gizlətməyə çalışsa da, xəstəxana bu barədə polisi məlumatlandırıb. Xəstəxananın Qadın Məsləhətxanasının baş həkimi Kəmalə xanım AzNews.az-a açıqlamasında faktla bağlı polisə məlumat verdiyini deyib: ?Polisə məlumat vermişik də, gəlib lazım olan adamı aparıblar da. Polislə müstəntiq gəlmişdi?. Xaçmaz RPİ-nin rəisi Şəhriyar Şəmşirli Aznews.az-a açıqlamasında bildirib ki, fakt araşdırılır: ?Qardaşla bacı öz aralarında razılaşıblar. Zorlanma faktı yoxdur. Bir qələt eləyiblər də?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA