Bakıda arvad ərini döydü, üzü gözü qan içində olan kizi küçəyə atıldı

img

01-05-2013 [10:55]


Bu gecə saat 00:27 radələrində Bakının Suraxanı rayonunda kişiləri sarsıdan hadisə baş verib. Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Binə Donuzçuluq Sovxozu ərazisində yaşayan 37 yaşlı Nazim Orucov keçmiş həyat yoldaş 30 yaşlı K.M tərəfindən vəhşicəsinə döyülüb. Kişi döyüldükdən sonra qanın içərisində küçəyə atılıb. Qonşuların köməyi ilə N.Orucova ilkin yardım göstərilib. Hadisə yerinə polis və həkimlər çağrılıb. Hadisənin baş verməsinə gəlincə, qonşuların sözlərinə görə, insident K.M.-nın günahı ucbatından yaranmış mübahisə zamanı baş verib. Belə ki, Nazim Orucov arvadından ayrılıbmış. Onların nikahdan 8 və 10 yaşlı oğlanları var. Lakin qadınla kişi bir evdə yaşayırlar. Kişi elmi işlə məşğul olur. Qadın isə kafelərin birində ofisiant işləyir. Nazim Orucov keçmiş arvadının əxlaqsızlıqla məşğul olmasından şübhələnib və daima mübahisə edib. Bu gecə isə Nazim Orucov arvadının otağına girib və onun kimləsə telefonla danışdığını görüb. Ondan kimlə danışdığını soruşub və düz yola qayıtmasını tələb edib. Bundan hiddətlənən qadın kişini döyməyə başlayıb. Daha sonra otağın qapısını kişinin üzünə çırpıb. Nəticədə qapının şüşələri N.Orucovun üzünü, başını kəsib. Gecənin yarısı kişinin fəryadına qonşuları çıxıb. Nə qədər cəhd olunsa da, qadın qapını açmayıb. Polis hazırda faktı araşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA