Orta məktəb müəllimi intihar etdi

img

30-04-2013 [01:00]


baycanda orta məktəb müəllimi intihar edib. İsmayıllı Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Qalıncaq kəndində qeydə alınıb. Kənd sakini, 48 yaşlı Azad Məmmədəli oğlu Rəcəbəliyev yaşadığı kəndin yaxınlığındakı meşə massivində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Prokurorluqdan həmçinin bildirilib ki, A. Rəcəbəliyev Qalıncaq kənd orta məktəbində bədən tərbiyəsi müəllimi işləyirmiş. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA