Uzaq dəcəllik etdi, ana ilə nənə döyülərək xəstəxanalıq oldu

img

30-04-2013 [10:23]


Ötən gün saat 17-18 radələrində Bakının Binəqədi rayonu ərazisində 30 yaşlı kişi arvadını və qaynanasını vəhşicəsinə döyüb. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, 30 yaşlı Məhəmməd Vəli oğlu Bayramov həyat yoldaşı 25 yaşlı Səfurə Cəlal qızı Bayramovanı və qaynanası 60 yaşlı Mahirə Cavanşir qızı Babayevanı möhkəm döyüb. Nəticədə hər iki qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbinə gəlincə, Məhəmməd Bayramov işdən evə gəlib. Bu zaman evdə uşaqlar dəcəllik edirmiş. Kişi əsəbləşərək uşaqları döyməyə başlayıb. Bu zaman qadın onun qarşısını almaq istəyib. Buna əsəbləşən M.Bayramov qadını yerə yıxaraq təpikləyib. Daha sonra işə qarışan qaynanaya hücum edib. Faktla bağlı araşdırma başlanıb. ANS PRESS

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA