Şirvanda film kimi qətliam: ?Yox? cavabı alan oğlan sevdiyi qızı və valideynlərini bıçaqladı

img

29-04-2013 [02:21]


Şirvanda bir nəfərin ölümünə, 3 nəfərin yaralanmasına səbəb olan ailə dramının təfərrüatları məlum olub. Qanlı hadisə Şirvan şəhəri, ?Kənd evləri? yaşayış massivində, Əliheydər Qarayev küçəsi ev 13 ünvanında bıçaqlanma hadisəsi baş verib. Belə ki, həmin yaşayış massivindəki Qara Qarayev küçəsi 63 ünvanında yaşayan Savalan Nəhmədov sevdiyi 1997-ci il təvəllüdlü Maya Rahil qızı Əliyevanın yaşadığı evə gələrək, onları qanına qəltan edib. Hadisənin baş verməsinə səbəb isə gəncin qızı sevməsi olub. Savalan Nəhmədov həmin gün qızın evlərinə elçi göndərib. Lakin valideynləri qızın kiçik olmasını və hələ oxuduğunu deyərək, elçilərə rədd cavabı verib. Elçilərin ?yox? cavabından hiddətlənən Savalan Nəhmədov alaqaranlıqda qızın yaşadığı evə yollanıb. Qapını qzın anası 1960-cı il təvəllüdlü Aidə Şamil qızı Əliyeva açıb. S.Nəhmədov ilk zərbəni qadına endirib. Daha sonra evə girib və qızın atası -ci il təvəllüdlü Rahil Hümbət oğlu Əliyevi bıçaqlayıb. Bu zaman R.Əliyev işdən gələrək yatıbmış. Səs-küyə M.Əliyeva çıxıb və ata-anasını qan içində görüb. Qorxudan küçəyə qaçan M.Əliyevanı evlərindən bir az aralı Savalan yaxalayıb. Qıza bir neçə ölümcül bıçaq zərbəsi endirib. Daha sonra isə özünü bıçaqlayıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Lakin Mayanın həyatını xilas etmək mümkün olmayıb. Qızın anası Aidə Əliyeva və cinayəti törədən Savalan Nəhmədov xəstəxananın reanimasiya şöbəsində, koma vəziyyətindədirlər. Qızın atası Rahil Əliyevin isə vəziyyəti orta-ağırdı. Hadisə baş verərkən evdə qızın özündən böyüb bacısı da olub. Lakin o, Savalanın qarşısına çıxmadığı üçün, bıçaq zərbəsinə tuş gəlməyib. Qızın qardaşaları isə həmin gün Bakıda olublar. Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA