Heydər Əliyevin keçmiz tərcüməçisinin qardazı həbs olundu

img

22-01-2013 [11:00]


?Texnikabank? işində yeni həbslər həyata keçirilib. Bu haqda redaksiyamıza daxil olan xəbərdə deyilir ki, tutulanlar bankın İdarə Heyətinin sabiq sədri Samir Hüseynov və Polad adlı üzvüdür. Aldığımız məlumatda bildirilir ki, yeni həbslər bir neçə gün əvvəl baş tutub. Əməliyyatı Milli Təhlükəsizlik Nazirliyi həyata keçirib. Həbs olunanlara dələduzluq maddəsi ilə ittiham elan olunduğu da bildirilir. Aldığımız məlumatı dəqiqləşdirmək üçün MTN-in ictimai əlaqə mərkəzinə telefon açdıq. Lakin zənglərimiz cavabsız qaldı. Qeyd edək ki, ?Texnikabank? işi üzrə həbs olunanlardan biri də bankın ?Yasamal? filialının sabiq müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovdur. O da bir neçə gün əvvəl həbs olunan S.Hüseynov və Polad adlı İdarə Heyəti üzvü kimi dələduzluq maddəsi ilə ittiham olunub. Bunu nəzərə alıb E.Seyidovun vəkili Əsabəli Mustafayevlə əlaqə saxladıq. Ə.Mustafayev hər iki şəxsin həbs olunması haqda bilgili olduğunu dedi. Əlavə hər hansı məlumata malik olmadığını bildirdi. Bu şəxslərin E.Seyidovla əlaqəli həbs olunması ehtimalını əsassız hesab edən vəkil fikirlərini belə əsaslandırdı: ?Bu şəxslərin tutduqları vəzifələrə görə Elnur Seyidova aidiyyətləri olmayıb. Bu gün mən MTN-in istintaq təcridxanasında Elnur Seyidovla görüşdüm. Söhbət etdik, dedi ki, tutulanlarla əlaqəsi olmayıb?. Vəkil bildirib ki, müvəkkilinin saxlama müddəti daha 3 ay uzadılsa da, faktiki heç bir istintaq hərəkəti həyata keçirilmir: ?Həbs-qətimkan tədbirinin müddətinin artırılması ilə bağlı vəsatəti təmin edən məhkəmə qərarını əsaslandırmadı. Elnur Seyidovu 9 aydan artıqdır ki, həbsdə saxlayırlar. Maksimum həbsdə saxlama müddəti isə 1 ildir. Bu da müstəsna hallarda ola bilər. İşdə faktiki olaraq müstəsna hal yoxdur. Müstəsna halı nə məhkəmə, nə istintaq göstərmir. İstintaq müddəti martın 6-da bitəcək. Ona qədər işi yekunlaşdırıb məhkəməyə göndərməlidirlər?. Xatırladaq ki, ?Texnikabank?ın ?Yasamal? filialının müdir müavini E.Seyidov 2012-ci il martın 27-də MTN əməkdaşları tərəfindən həbs olunub. ?Texnikabank?da aparılan həbslərdən sonra bankın Müşahidə Şurasının sədri Etibar Əliyev və İdarə Heyətinin sədri Samir Hüseynov tutduqları vəzifədən azad olunublar. Sonradan E.Əliyev tutulub aylarla davam edən istintaqdan sonra azad edilib. Həmin həbslər zamanı S.Hüseynovun tutulacağı da qeyd edilirdi. Bildirilirdi ki, S.Hüseynovun fəaliyyəti yoxlanılır, ona ölkəni tərk etmək qadağası qoyulub. Bundan başqa, onun Türkiyədəki radikal dini qruplaşmalardan biri ilə əlaqələri də yoxlanırmış. Həmin məlumatlarda bildirilirdi ki, S.Hüseynov özünü sünni məzhəbindən təqdim etməsinə baxmayaraq uzun illərdir ki, Türkiyədə Livanın ?Hizbullah? təşkilatına bağlı olan şəxslərlə ciddi əlaqələri mövcuddur. ?Hizbullah?ın pullarının bir neçə ölkədə ?yuyulması? əməliyyatlarında ?Texnikabank?dan tranzit bank kimi istifadə edildiyi də ictimailəşən xəbərlər sırasında idi. Qeyd edək ki, Samir Hüseynov mərhum prezident Heydər Əliyevin tərcüməçisi Rauf Hüseynovun qardaşıdır(Musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:39 04.04.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA