Səhiyyə nazirinin əmrlərinə baxan yoxdur

img

12-11-2012 [07:30]


Səhiyyə naziri Oqtay Şirəliyevin əmrlərinə poliklinikalarda əməl edən yoxdur. Mia.az xəbər verir ki, bir müddət əvvəl nazir poliklinikalarda uşaqlara vurulan peyvəndlərin tərkibi haqda ?Pyevənd otağı?nın qarşısında elan vurulacağı haqda göstəriş versə də, yerlərdə buna əməl olunmur: ?Hətta bu haqda nazir müavinlərindən biri ANS-də dedi ki, fevral ayından bütün poliklinikalarda Peyvənd otaqlarının qarşısında tablo vurulacaq və guya Səhiyyə Nazirliyi tərəfindən reydlər keçirilib, bunlar yerində yoxlanılacaq. Amma fakt odur ki, belə bir əmrə yerlərdə sayğısızlıq olunub?. Məsələn, 5 saylı Uşaq xəstəxanası, Nizami rayonu 2 sayli, Abşeron rayon polilinikası, Keşlə qəsəbəsindəki uşaq poliklinikasi. 12 saylı poliklinika, 5 saylı poliklinika, Qələbə kinoteatrının yanındakı poliklinika, 1, 10, 11, 13, 14, 15, 18,21 və digər poliklinikalarda müşahidələr zamanı nazir Oqtay Şirəliyevin əmrinə əməl olunmadığı təsdiqlənib. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən mövqe öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR