NAZİRLİK GERİ ÇƏKİLDİ - Lisey və gimnaziyalara qəbul necə aparılacaq?

img

29-05-2025 [09:41]


Təhsil İnstitutu lisey və gimnaziyalara qəbul qaydalarına qəfil dəyişikliklə bağlı açıqlama yayıb. 

Mia.az xəbər verir ki, rəsmi qurum etirazlara səbəb olan əvvəki qərarına izahatına əsasən, qaydalara təkrar düzəlşiş verilib. Yəni, nazirlik etiraz doğuran anlaşılmaz qərarından geri çəkilib və 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində  lisey və gimnaziyalara təkcə 7-ci sinifdən qəbul aparılmayacağını bəyan edib: "Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək".

Qeyd edək ki, sosial şəbəkədə bəzi valideynlər lisey və gimnaziyalara qəbul qaydalarından xəbərsiz olduqlarını əsas gətirərək məsələyə etirazlarını bildirib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR