"Xaricdən maşın gətiririk" adıyla kimlər aldadılıb? - DİN-dən şikayətlərə reaksiya
30-05-2025 [09:06]
Xaricdən avtomobil gətirilməsi vədi ilə vətəndaşlardan külli miqdarda vəsait toplandığı iddia olunur.
Mia.az Oxu.az-a istinadla xəbər verir ki, Fuad Nəcəf adlı şəxsin iddiasına görə, maşın alqı-satqısı ilə məşğul olan Elvin Hüseynov və onunla birgə çalışan şəxslər "Autobazar" MMC şirkəti adı altında vətəndaşlarla müqavilələr bağlayaraq, Dubay bazarından avtomobil gətirmək vədi ilə onları aldadıblar.
İddiaçı bildirir ki, Elvin Hüseynov və onun komandası müqavilə bağladıqları şəxslərə nəqliyyat vasitələrini təhvil verməməklə yanaşı, aldıqları vəsaiti də geri qaytarmırlar.
Fuad Nəcəfin sözlərinə görə, zərərçəkmişlərin sayı 15 nəfərə çatır, ümumi maddi zərər isə 250 min manatdan çoxdur: "Səsyazıları, müqavilələr, ödəniş anlarının gizli çəkilişləri və digər sübutlar mövcuddur".
Şikayətçi əlavə edib ki, adıçəkilən şəxslər sosial şəbəkələrdə özlərinə məxsus çoxsaylı səhifələr açaraq fəaliyyətlərini reklam edir, tənqidi şərhləri isə silərək istifadəçiləri blok edirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, xarici ölkədən avtomobil gətirmək adı ilə insanları aldadaraq onların maddi vəsaitlərini ələkeçirmə faktı ilə bağlı ərazi polis orqanına müraciət daxil olub: "Məsələ ilə bağlı araşdırma aparılır".
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı sözügedən şəxslərin mövqeyini dinləməyə hazırıq.


Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
Daha bir qalmaqallı veriliş dayandırıldı
Vitse-spiker: "Milli Məclis yox, Millət Məclisi olmalıdır"
Azərbaycan Beynəlxalq Bankının məntiqi, yoxsa məntiqsizliyi? - Tanınmış jurnalist yazır
"Azəriqaz"da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i "kəsilib"
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Milli Məclisin növbəti iclasının vaxtı bəll olub
Mədəniyyət sahəsində qrantlar... - Maliyyələşmə qaydası haqda yeni qanun qəbul edildi
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılacaq
Daha bir kollec direktoru vəzifədən azad edildi
"Kinematoqrafiya haqqında" qanuna dəyişib
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun dəyişdi - Nələr olacaq?
ABŞ-də azərbaycanlı tələbə saxlanılıb - Mamdani Trampla danışıb sərbəst buraxdırdı (FOTOLAR)
Zahid Oruc Milli Məclisdə: "Ermənistanla sülh müqaviləsini bağlayandan sonra daha böyük düşmənlərimizi görəcəyik”
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL