''Biz geri dönəcəyimizi bilirdik''

img

30-05-2025 [09:17]


"Fatih Karagümrük" klubunun prezidenti Süleyman Hurma Superliqaya yüksəlmələrindən sonra açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son "Bandırmaspor"a qalib gəldikləri oyundan sonra sevincini qısaca bölüşüb.

''Biz geri - superlqiaya dönəcəyimizi bilirdik'', - deyən klub prezidenti bildirib ki, Superliqaya vəsiqə qazanan üçüncü komanda olmalarının  sevincini təsəvvvür etməkdə çətinlik çəkir: "Bizim kimi məhdud imkanalara sahib bir komanda üçün, bu, qeyri-adi uğurdur. Keçən il biz aşağı liqaya düşürüldük. Bunu edənlərə, klubmuza maddi və mənəvi zərər vuranlara dedim ki, siz keçici, biz isə qalıcı yolçuyuq. Biz öz işimizi görəcəyik, gördük dı. Heyətimiz də çox yaxşı idi. Geri dönəcəyimizi bilirdik və bunu bacardıq"

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR