Qəzzada daha bir jurnalist həlak olub

img

29-05-2025 [07:34]


Qəzzada daha bir jurnalist həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Qəzza zolağı hökuməti bəyanat yayıb.

Hökumətin Media Ofisindən bildirilib ki, "Əl-Qüds Əl-Yəvm" peyk kanalının fotomüxbiri Motez Məhəmməd Rəcəb İsrailin atəşi ilə vurulub: "Bununla da 2023-cü il oktyabrın 7-dən bu yana İsrail tərəfindən öldürülən jurnalistlərin sayı 221-ə çatıb".

Açıqlamada İsrailin sistematik şəkildə fələstinli jurnalistləri hədəf alması sərt şəkildə pislənilib.

Bəyanatda İsrail və ABŞ administrasiyası, eləcə də Tel-Əvivə dəstək verən İngiltərə, Almaniya və Fransa kimi dövlətlər də səssizilikdə qınanılıb.

Tahir ŞƏLVƏLİ
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA