Xalq artisti prokurorluq oldu

img

30-10-2012 [12:47]


Xəbər verdiyimiz kimi, artist Mehriban Xanlarovanın eks-əri Etibar Süleymanov əməkdar aktrisa haqqında bu gün prokurorluq orqanına dəlil-sübutlarla bol olan müraciət göndərib. Müraciətin ilk cümləsində o, xalq artisti Firəngiz Mütəllimovanın adını çəkərək, onun vasitəsilə Mehriban Xanlarova ilə tanış olduğunu bildirib. Məsələyə kəskin münasibət bildirən Firəngiz Mütəllimova Publika.Az-a danışıb. Tanınmış aktrisa Etibar Süleymanovun sağlamlığının yerində olmadığını söyləyib: ?O adamı mən ilk dəfə bu söz-söhbətlə bağlı televizorda gördüm. O, keçən il teatrda mənə gül göndərmişdi. Adını da Emin yazmışdı. Bu hadisənin ardından mənə 20 nömrədən mesajlar gəldi. Mənimlə fəxr etdiyini yazırdı, mənə hörmət etdiyini yazırdı. Sonra zənglər edib, narahat etməyə başladı. Amma təbii ki, mən bu oyuna getmədim. Uşaq deyiləm ki, məni aldatsın. Sonra məndən Mehriban haqda soruşdu ki, necə xanımdır. Mən də dedim mərd qadındır, kişi kimi qadındır. Yaxşı ki, bəzi mesajlarını saxlamışam, pozmamışam. Mən nə bilim ki, o bu cür hörmətsizlik edəcək?. Firəngiz Mütəllimova onları tanış etmədiyini və bu işdə adının hallanması ilə barışmayacağını deyib: ?Bilmirən bu kimdir, nəçidir. Bir onu bilirəm ki, kimsə buna informasiya yığıb verir, özü də tanınmışlar haqqında. Bu da həmin adamların dəstəyi ilə düşüb meydana. Düşünür ki, tək qadınlardır, nə edəcəklər. İndi ki belə oldu, mən düz Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcəm. İstəmirdim pislik edim. Mənə yazmışdı ki, xalq artistləri ?Calenvagen? maşında gəzməlidir. Sizə o maşından alacam. Mən onda başa düşdüm ki, bu yalançı adamdır. Çox elə vədlər verənlər olur. O mənim oğlum yaşımdadı. Dedim get nağıllarını başqa adama danış. Dünənə kimi mənə mesajlar yazır, arvad kimi qarğışlar edir. Mən belələrinə yazıq xəstə kimi baxıram?. Aktrisa bütün bildiklərini prokurorluğa söyləyəcəyini bildirib: ?İndi ki belə oldu, Mehribana dəstək olmaq üçün bunu edəcəyəm. O təkcə Mehriban deyil, 20-dən çox qadını şantaj edir. Onun məndə bir mesaji var. Mesajda deyilir: ?Bilmirsiz hara ilişmisiz?. Deməli o nəyəsə arxayındır. İndi mən ona o sözü qaytarıram: "Bilmirsən hara ilişmisən? İndi görsün Firəngiz Mütəllimova nə edəcək?" Mən də ondan Milli Təhlükəsizlik Nazirliyinə şikayət edəcəm?. 10:45 Mehriban Xanlarovanın eks-əri Etibar Süleymanov əməkdar aktrisa ilə mübarizəsini sona qədər davam etməkdə israrlıdır. Publika.Az xəbər verir ki, bu gün onun prokurorluq orqanına göndərdiyi, dəlil-sübutlarla bol olan müraciəti yayılıb. Müraciətdə bu günə kimi açıqlanmayan dəhşətli faktlar yazılıb. Onlardan bir neçəsini təqdim edirik: ?2012-ci il iyunun 25-də xalq artisti Firəngiz Mütəllimova məni aktrisa Mehriban Xanlarova ilə tanış etdi. Mehriban Xanlarova ilə görüşdüyüm ərəfədə bildim ki, onun bir neçə banka və vətəndaşlara külli-miqdarda borcu var. Sonra o mənə təklif etdi ki, bacısı Lalə Türkiyəyə gedib gödəkcə alıb, burda satacaq. O zaman həm gəlir, həm də borcları qaytarmaq üçün pul əldə edərik. Bu məqsədlə məndən pul istədi və məni inandırdı. İlk dəfə ?Beşmərtəbə? yaşayış binasında 8000 dollar verdim?. Müraciətdə o da qeyd olunur ki, Mehriban Xanlarova Etibardan təkrar pul istədikdə, qızıl əşyalarını satıb və ona 6000 dollar verib. Lakin bacısı Lalə Türkiyəyə getməyib, dedikləri kimi, gödəkcə ticarətinə də başlamayıb. Beləcə ayrı-ayrı vaxtlarda Etibar Süleymanovun Mehriban Xanlarovaya verdiyi pulun məbləği 42 min manata çatıb. Müraciətdə deyilir: ?Onlara dedim ki, məni aldadırsız, pullarımı geri qaytarın. O da mənə dedi ki, pullar qardışımın evində, Lökbatandadır, axşam verəcəm. Həmin vaxtdan pullar mənə qaytarılmadı?. Etibar Süleymanov Mehriban və Lalə Xanlarovalar barəsində cinayət işinin başlanmasını istəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR