"Bayden 5 il əvvəl öldürülüb, onu sonradan dublyorlar əvəz edib" - Trampdan sensasion iddia və ya qarşı tərəfin müəmmalı susqunluğu

img

02-06-2025 [09:13]


ABŞ prezidenti Donald Tramp dünyanı şoka salan bəyanat səsləndirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 78 yaşlı Tramp "TruthSocial" sosial media platformasında keçmiş prezidenti Co Bayden haqqında şok iddia irəli sürüb.

O, bir fanatının Baydenin 2020-ci ildə öldürüldüyü barədə mesajını paylaşaraq yazıb: "Bayden 2020-ci ildə öldürülüb. Artıq Co Bayden kimi bir şəxs yoxdur, O, 2020-ci ildə vurulub. Bundan sonra Baydenin yerinin klonlar, kaskadyorlar və ruhsuz robot dublyorlar gətirilib...".

Trampın bu paylaşımındansonra Baydenin keçmiş davranışları ilə bağlı minlərlə videopaylaşımlar olub və bu iddiaya inam ifadə edilib.

Ağ Ev və Bayden düşərgəsi hələlik keçmiş prezidentin bu şok ölüm və dublyor iddiaları ilə bağlı açıqlama verməyib. Bu isə iddiaların daha sürətli yayılmasına rəvac verib...

Samir MUSAYEV
MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 03.06.2025

Sabah yağış yağacaq