"Həmkarlar"ın bitməyən həmtay oyunları: 6 ilə 9-un yeri dəyişməsində hansı hikmət gizlənib?
03-06-2025 [14:41]
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında baş verən ciddi qanun pozuntuları, özbaşınalıqlar, qohum, dost tanış idarəetməsi haqqında danışmazdan əvvəl, Həmkarlar nəyə lazımdır sualına 1 2 cümlə ilə cavab verməyə çalışacağıq.
Mia.az-ın məlumatına əsasən, Həmkarlar İttifaqları haqqında Qanuna əsasən, üzvlūyə qəbul və ya xaric olunma fərdi qaydada aparılır və üzvlūyə qəbul könüllülük prinsipi və ərizə əsasında ilk həmkarlar ittifaqi təşkilatı tərəfindən həyata keçirilir.
Yəni siz iş yeriniz üzrə həmkarlar ittifaqı ilk təşkilatının razılığı ilə üzvlükdən çıxa bilərsiniz. Bunun üçün harasa getməyə, müraciət etməyə, kimlərəsə yalvarmağa ehtiyac yoxdur. Bundan əlavə işçinin həmkarlara üzv olmaq yalnız ərizə əsasında həyata keçirilir. Üzv olmaq işçinin səlahiyyətinə daxildir. Əgər şəxs həmin üzvlüyə görə maaşdan müəyyən məbləğin tutmasından narazıdırsa, tələbini irəli sürə bilər, lakin 3 ay müddətində ödəmədiyi təqdirdə, təşkilata üzvlükdən xaric edilə bilər”.İndi isə AHİK-də son aylarda baş verən qanunsuzluqlar, özbaşınalıqlar haqqında.
AHİK sədri Sahib Məmmədov az qala 1 ilə yaxındır bu qurumu siyasi qalmaqallar ocağına çevirmişdir. Bu müddət ərzində bütün təcrübəli həmkarlar işçilərini müxtəlif bəhanələrlə işdən uzaqlaşdıraraq, ancaq rəqəm
“qovmağı” öyrənmiş səriştəsiz kadrları öz ətrafına topladı və toplamağa çalışır.
Konkret faktlarla deyək: bu günlərdə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin növdədənkənar seçkisi keçirilib. Gündəlikdə dayanan məsələ yeni sədrin seçilməsi olub. Ondan bir neçə gün əvvəl tələm-tələsik AHİK Aparat rəhbərinin müavini Hikmət Nəbiyevi öz vəzifəsində qala qala, adı qeyd olunan Komitəyə müavin seçiblər. May ayının 16 sı (tarix dəqiq olmaya bilər, 1-2 gün fərqlə ola bilər) yenidən seçki keçirilib və hazırkı sədr Hikmət Osmanovu işdən azad etmək barədə məsələni müzakirəyə qoyub.
Hikmət Nəbiyev yekdilliklə yeni sədr seçilib və dərhal Hikmət Osmanov müavin seçilib. Təsəvvür edirsiniz Hikmət müəllimlərin yeri dəyişdirilib. Hikmət Osmanov həmçinin Konfederasiyanın sədr müavini vəzifəsində qalmağa davam edir. SİZ BU BİABIRÇILIĞI, ÖZBAŞINALIĞI, 1 milyon ittifaq üzvünə həqarəti təsəvvür edirsiniz ?!
69 yaşlı Hikmət Osmanov istefaya gedirdisə, niyə yenidən Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini vəzifəsinə seçilirdir?
Hikmət Nəbiyev Aparat rəhbərinin müavini kimi qalıb, CƏNAB SƏDRİN gündəlik tapşırıq və göstərişlərini yerinə yetirəcəkdisə, niyə nəhəng bir Komitəyə sədr seçilirdi?!
Suallar təbii ki ritorikdir ! Sahib Məmmədovun ərköyünlüyü ilə idarə olunan 1 milyondan artıq “könüllü” üzvü olan təşkilatda 1 nəfər də könüllü olaraq söz deməyə haqqı yoxdur. Bizlərin bu qədər narahatlığını görən hörmətli Sahib müəllim, artıq bütün seçkiləri, vacib işləri mediaya qapalı şəkildə aparır. Çünki nə qədər araşdırma aparsaq da, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin NÖVBƏDƏNKƏNAR hesabat-seçki konfransı haqqında məlumata rast gəlmədik. Halbuki, ittifaq üzvlərindən məcburi tutulan 2 % vəsait uğrunda gedən ağır siyasi və maddi savaşlar, cəmiyyət və ictimaiyyət üçün kifayət qədər açıq və hesabatlı olmalıdır !
Növbəti məqaləmizdə Nigar Vahabzadə xanımın daxildə yaratdığı ciddi siyasi qarşıdurmalar haqqında konkret məlumatlar təqdim edəcəyik...
MİA.AZ
Qəzzada ərzaq anbarı bombalanıb - Ölən və yaralananlar var
"Sevilya" "Fənərbağça"nın qapıçısını "radar"a alıb
"Azərbaycanfilm"dəki partlayışla bağlı cinayət işi açılıb
İş adamları və əhali bankdan pulunu geri çəkib - “Ziraat Bank Azərbaycan”da nə baş verir?
"Beşiktaş" ingilis hücumçu alır
Rüfət Səfərovun məhkəməsi - Hakim vəsatəti rdd etdi
"Beşiktaş" yeni transferini açıqlayıb
Bakıda ermənilərin məhkəməsi davam edir
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək
XİN-də dəyişiklik - Yeni idarə yaradılıb
Sabah hava necə olacaq? - Proqnoz
Binəqədidə kanalzasiya quyusuna düşən və meyiti Hövsanda tapılan 27 yaşlı gənc... - VİDEO, FOTO (YENİLƏNİB)
Azərbaycanda bu ayda 4 gün ardıcıl iş olmayacaq
"Kəpəz" klubu daha üç futbolçu ilə vidalaşıb
POLİS MİNAYA DÜŞDÜ - Ağdamda (YENİLƏNİB)
"Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır" - Məhkəmə işi
İlham Rəhimov kimə "məsləhət" verir?
Məhkəmə keçmiş deputata "yox" dedi
Baş prokuror Yardımlıya gedəcək
Şamaxıda kürəkən qayınatasını öldürüb (YENİLƏNİB)
Türkiyədə kütləvi zəhərlənmə: 52 nəfər xəstəxanaya yerləşdirilib
Fransadan şok addım - Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyırlar (BƏYANAT)
Ağdamın Kəngərli kəndinə növbəti köç olub
Bakıda polisə bıçaq çıxaran 29 yaşlı şəxs zərərsizləşdirilib - Bir nəfər isə saxlanılıb
Antalyada meşə yanğını başlayıb
İzmirdə meşəni benzinlə yandran şəxs tutulub
Pakistana güclü yağış yağıb - 47 nəfər həyatını itirib (Yenilənib)
Beynəlxalq təcrid vəziyyətində olan Rusiya öz çöküşünü hazırlayır - Vahid Tağıyev yazır
Rusiyadan Ukrayanya qarşı daha bir əndazəni aşan hücum: "Neft emalı zavodlarını vurduq"
"Xeyr, mən bu barədə heç nə demədim" - Tramp
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vəkil: "Həbs edilən azərbaycanlılardan biri işgəncəyə məruz qalıb"
Samuxda yaşlı qadın yandırılıb
Əli Əhmədov Moskvaya getməyəcək
Ayaz Səfərov məhkəmənin qərarı ilə həbs edilib
Bu gün imtahan keçirilib (Yenilənib)
"Hansı müğənnilər onlara verilən pulları paylaşır, onlar oğrularla, quldurlarla şərikdirlər" - VİDEO
Rusiyada azərbaycanlılara qarşı vandallıq: "Müşahidə kameralarını çıxartdırandan sonra..." - "Yeyib-içib, bizi yenidən döyüb çıxıb getdilər”
MASALLIDA DAHŞƏTLİ OLAY: kürəkən qayınatası, baldızını və digər qohumlarını güllələdi
Bu gün rezidenturaya qəbul imtahanı keçiriləcək
Rusiya baş nazirinin müavini Azərbaycana səfəri ləğv olundu
Azərbaycan diplomatları Yekaterinburqda nə işlə məşğuldu? - Soydaşlarımıza Rusiya güc strukturlarının açıq qərəzinin səbəbi...
Ulduzların çimərlikdəki futbolu bu gün də davam edir
Anar Ələkbərov yeni vəzifəyə seçilib - Açıqlama