"AZƏRİQAZ"da "İSLAHAT", YOXSA QONDARMA İMTAHAN?! - İşçi prokurorluğa şikayət edib
30-06-2025 [09:11]
"Azəriqaz"ın Bakı Regional Qaz İstismarı Departamentinin Nəsimi rayonu üzrə çilingəri, Qarabağ müharibəsi əlili Əhməd Fazil oğlu Rəhmanov Baş Prokurorlugu şikayət edib.
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, bina 5, mənzil 3-də pasport qeydiyyatında olan, lakin Bakı şəhəri, Keşlə qəsəbəsi, Rafiq Ağayev küçəsi, ev 21, mənzil 6-də yaşayan Əhməd Rəhmanov şikayəti ilə bağlı Mia.az-a bildirib ki, 1996-cı ildən bu günə kimi “Azəriqaz” İB-də çilingər vəzifəsində işləyir:
"Bu müddət ərzində dəfələrlə rəhbərlik tərəfindən əmək hüquqlarımın pozulması faktını aşkarlayıb aidiyyəti orqanlara müraciət etdiyim üçün problemlərlə üzləşmiş, işdən azad olunmuş, daha sonra isə məhkəmə yolu ilə öz işimə bərpa olunmuşam.
Mən başa düşürəm ki, hüquq-mühafizə orqanlarında mənim barəmdə lazımi informasiya var. Sadəcə, bir neçə xırda detalları da əlavə etmək istəyirəm. Mən “Azəriqaz”da çilingər işləməyimə baxmayaraq, eyni zamanda “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” Müstəqil Həmkarlar İttifaqının həmtəsisçisi və eyni zamanda Qarabağ Əlilləri və Veteranları İctimai Birliyinin İdarə Heyətinin üzvüyəm.
Özüm Qarabağ müharibəsi əliliyəm. Bunları ona görə qeyd etdim ki, dövlət və qeyri-dövlət strukturlarında olan bir çox qanun pozuntuları və onların aradan qaldırılması sahəsində səriştəm az deyil. Eləcə də “Azəriqaz”da bu illər ərzində müxtəlif "maxinasiya"ların şahidi olsam da, son vaxtlar “Azəriqaz”a tabe olan Bakı Regional Qazın İstismar İdarəsində (BRQİİ) baş verənlər məni təəccübləndirir.
Belə ki, son vaxtlar BRQİİ-də struktur dəyişikliyi adı altında gizli bir proses gedir. Nəyə görə gizli?
Ona görə ki, qanuna uyğun olaraq, əgər hər hansı bir təşkilat ləğv edilərsə və ya başqa bir təşkilatın tərkibinə keçərsə, bu hal Əmək Məcəlləsinin 63-cü maddəsi (“Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi”) ilə tənzimlənir. Bu halda ancaq idarədə səlahiyyət sahibi olan rəhbərin və baş mühasibin əmək müqaviləsi dəyişdirilir.
İndiki halda isə nəyə görəsə idarə ləğv edilməmiş, yeni idarə təsis olunmamış rəhbərlik aşağı təbəqə işçiləri çağırıb, onlara gələcək idarədə işlə təmin ediləcəyi adı ilə bu işdən çıxıb başqa bir iş yerinə (başqa sahəyə) keçid etmələrini tələb edir".
Əhməd Rəhmanov deyir ki, bu bir yana, idarə rəhbərliyi bu saxtakarlığı ört-basdır etmək üçün saxta attestasiya prosesini də (bu ilin aprel-may aylarında) həyata keçirib:
"Bu proses zamanı narazılıq edənləri (guya ki, imtahandan kəsildiyi üçün başqa iş təklif olunduğu) kimi qələmə vermək istəyiblər.
Sual verə bilərsiniz ki, attestasiyanın saxta olduğu barədə hansı sübut vardır?
Bildirirəm:
Əvvəla, Nazirlər Kabinetinin 23 may 2001 il 97 saylı qərarında attestasiya keçirilmə qaydaları vardır. “Azəriqaz” bu qaydaların heç birini yerinə yetirməyib. Attestasiya götürənlərin sayı 3 nəfər olub, protokollaşma isə ümumən aparılmayıb. İmtahan verənlər protokola imza qoymayıb.
İkincisi, Attestasiya prosesi heç olmasa Dövlət Əmək Müfəttişliyi və Həmkarlar komitəsi tərəfindən razılaşdırmalıdır.
Üçüncüsü, şəxsən mənimlə birgə attestasiyada iştirakdan rəsmi imtina edən bir neçə adamın adı sonradan attestasiya sənədində çıxıb. Bu isə artıq cinayət tərkibli bir işdir (yəni rəsmi sənədlərin saxtalaşdırılması).
İnandırıram sizi ki, səlahiyyət sahibi olan bir dövlət qurumu bu bir təşkilatın ləğvi, o cümlədən başqa bir təşkilatın tələsik və saxtakarlıq yolu ilə təşkili prosesini araşdırsa, mütləq korrupsiya faktı üzə çıxacaqdır.
Digər bir fakt, attestasiyadan sonra guya "pis qiymət" alanlara rəhbərlik tərəfindən öz xahişi ilə ərizə yazdırılır və gələcəkdə başqa iş yeri vəd olunur. Başqa işə keçənlər isə əvvələr müddətsiz işə cəlb olunur...
Şəxsən mən bu dediklərimi təsdiq etmək üçün hər bir fakta uygun şahid ifadələri təqdim etməyə hazıram. Belə ki, artıq bir qrup şəxs “Azəriqaz”da BRQİİ-də gedən saxta attestasiya və ondan irəli gələn saxtakarlıqla bağlı Həmkarlar İttifaqından çıxmaq və Dövlət Əmək Müfəttişliyinə və eləcə də bizə, yəni “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” Müstəqil Həmkarlar Birliyinə müraciət edib".
Sonda o, qaldırdığı məsələlərin ciddi fakt kimi araşdırılmasını xahiş edib.
Firudn Səfərli
MİA.AZ
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun