Nazirlik icra başçısıın razılıq verdiyi tikintini sökdürdü

img

03-06-2025 [10:05]


Lənkəranda qanunsuz tikinti sökülüb.

Mia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilb ki, Lerik Rayon İcra Hakimiyyəti tərəfindən Lənkəran-Lerik avtomobil yolunun rayon ərazisindən keçən hissəsində yol kənarında fəaliyyət göstərən “Su səsi” adlı ailəvi istirahət mərkəzində vətəndaş Hüseynov Tural Səyyar oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Lerik Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Mia.az-ın əldə etdiyi məlumata görə, həmin tikintiyə İcra Hakimiyyətindən qeyri-rəsmi razılıq alınıbmış.... 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR