ƏƏSMN-də daha bir dəyişiklik - Nazir departament müdirini yüksək vəzifəyə təyin etdi

img

02-06-2025 [18:13]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daha bir təyinat olub.

Mia.az xəbər verir ki, nazirin əmri ilə Hüseynov Rahim Mahir oğlu Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib.

Məlumat üçün qeyd edək ki, yeni sədr müavini bu təyinata qədər Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin müdiri olub.

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR