İTKİN DÜŞMÜŞ DAHA HƏRBÇİMİZ... - Sahil İbrahimov Bakıda dəfn olunub (FOTO, YENİLƏNİB)

img

03-06-2025 [11:52]


Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları 32 il sonra tapılan Sahil Nurəddin oğlu İbrahimov bu gün dəfn olunub.

Mia.az xəbər verir ki, şəhidin ailə üzvlərinə məxsus evdə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

***

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq.

Mia.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İtkin-şəhid hərbçi İbrahimov Sahil Nurəddin oğludur.

Onun nəşinin qalıqları sabah saat 12.00-da Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsinin qəbiristanlığında dəfn olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 03.06.2025

Sabah yağış yağacaq