Müğənni Rəqsanə ismayılova dələduzluqda ittiham olundu

img

10-09-2012 [01:09]


Adı daim qalmaqallarda hallanan tanınmış müğənni Rəqsanə İsmayılova yenə işə düşüb. Suraxanı rayon prokurorluğunda müğənniyə qarşı Cinayət Məcəlləsinin 178.2.2(dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Məlumatı bizə ötürən mənbə bildirib ki, Rəqsanəyə qarşı dörd fiziki şəxs iddia qaldırıb. Onların arasında müğənninin keçmiş sevgilisi Faiq Azayev və keçmiş prodüsseri Təranə Səmədova da var. İddiaçılar Rəqsanənin onlara külli miqdarda pul borcunun olduğunu bildiriblər. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Mövzuya qayıdacağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA