31-07-2018 [14:26]
Metropolitendə, şəhər və rayonlarda, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında qiymətlərin 50 faiz artımı sadəcə "10 qəpiklik artım” kimi xarakteriza olunması doğru olmazdı.
Elmi baxımdan artımların faiz nisbəti ilə ifadə olunması həmin sektorlar üzrə tam təsəvvür formalaşdırır. Bu baxımdan birdən-birə 50 faizlik həddə tariflərdə dəyişiklərin edilməsi ondan xəbər verir ki, həmin xidmətləri həyata keçirən təsərrüfat subyektlərinin istehsal etdikləri mal və xidmətlərin maya dəyərində əhəmiyyətli dərəcədə dəyişiklər baş verib. Bu nədən yaranıb, onu Tarif Şurasının əsaslandırma hissəsində yazılmayıb.
Diqqət edirəm, bəzi rəsmilər qiymət artımı ilə bağlı əsaslandırmalarda qeyd edirlər ki, hansısa Avropa ölkələrində, MDB coğrafiyasında tariflər bizdən yüksəkdir. Amma bu bir reallıqdır ki, Azərbaycanda orta aylıq əməkhaqqı həmin ölkələrlə müqayisəolunmaz dərəcədə aşağıdır. İkinci tərəfdən, onlarda dövlət büdcələri tərəfindən təbii inhisarçı şirkətlər və ya ictimai xidməti həyata keçirən dövlət şirkətləri mərkəzləşdirilmiş büdcədən dotasiya almırlar. Amma bizim dövlət büdcəsində təbii inhisarçı şirkətlərə 100 milyonlarla məbləğində gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz maliyyə yardımları edilir. Halbuki, ölkədə müstəqil iqtisadçılar, beynəxalq maliyyə qurumları, o cümlədən BVF ölkəmizlə bağlı tövsiyyələrində qeyd ediblər ki, dövlət şirkətlərinə ayrılan dotasiyalar büdcə vəsaitlərinin səmərəsizliyini və korrupsiya baxımından risk yaradıcı amilləri meydana çıxarır. Söhbət son 15 il ərzində ölkənin nəqliyyat infrastrukturu üçün dövlət büdcəsindən həmin sahələrin keyfiyyətcə yenidənqurulması və təşkili üçün 10 milyardlarla ölçülən məbləğdə dövlət büdcəsindən vəsaitlər ayrılıb. Dövlət büdcəsindən təkcə nəqliyyat sektorunda tikinti işlərinin aparılması, yeni avadanlıqların satın alınması və s. istiqamətinə ortalama olaraq hər il 2 milyard manat vəsait ayrılıb.
Əslində bu illər ərzində vətəndaşların vergiləri hesabına özünə xidmət xərclərinin maliyyələşdirilməsi baş vermişdir. Vətəndaşlara çatmalı olduğu həmin vəsaitləri nəqliyyat sistemi üçün xərcləyib. İndi yenidən qiymət artırılması sadəcə anlaşılmazlıqdır. Maraqlıdır ki, Tarif Şurası bu qərarı əsaslandırarkən yazıbdır ki, bu dəyişiklər nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin daha da sürətləndirilməsi və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək. Bu fikirlə yuxarıda söylədiklərim arasındakı ziddiyyətin olmasını aydınca görmək olur.
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir illə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi