05-07-2018 [23:41]
Mia.az "Neft” Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şabanın Teleqraf.com-a verdiyi müsahibəni təqdim edir:
- İran ABŞ-ın onun neft satışını əngəlləməsinə qarşılıq olaraq Hörmüz boğazını bağlayacağını bəyan edir. Artıq Prezident Ruhani və İran İnqilab Keşikçiləri Korpusunun komandan müavini İsmayıl Kövsər bu xəbərdarlıqla çıxış edib. Bu barədə nə deyə bilərsiniz?
- Səudiyyə Ərəbistanı, İraq, Qətər, Birləşmiş Ərəb Əmirliklərinin nefti dünya bazarına məhz Hörmüz boğazı vasitəsilə çıxarılır. Düzdür, Səudiyyənin Qırmızı dəniz vasitəsilə dünya bazarına çıxışı var, amma əsasən Hörmüz, boğazından istifadə edilir. Yənu Hörmüz boğazı dünya neft bazarı üçün strateji əhəmiyyətə malik olan nöqtədir. Məhz bu səbəbdən də İran rəsmiləri ABŞ-ın ona qarşı tədbirlərinə cavab olaraq belə fikirlər səsləndirir.
- İran dövləti Hörmüz boğazından istifadəyə qadağalar tətbiq edə bilərmi?
- İranın Hörmüzdə hərbi dəniz gəmiləri var. Amma unutmayaq ki, Hörmüzdə eyni zamanda Amerikanın Altıncı Filotiliyası dayanır. Bu halda İran Altıncı Donanmanın qarşısında dayanacaq? Məncə, sözdür deyirlər.
- Yəni siz İranın Hörümüz boğazını bağlayacağı haqda bəyanatlarını ciddi saymırsınız?
- Əlbəttə, bunu real hesab etmirəm.
- Hörmüz boğazına İran nəzarət edir?
- Yox. Bu, neytral sulardır. Səhv etmirəmsə, Hörmüz boğazının eni 40-50 kilometrdir. Bu suların da bir hissəsi neytraldır. Boğazın bir başı İran, digər tərəfi səhv etmirəmsə, Omandır.
- İran Hörmüz boğazını bağlamağa cəhd göstərsə, nə baş verər?
- Dərhal müharibə başlayacaq. Bu müharibəyə gətirib çıxaran addım olardı. Söhbət ondan getmir ki, bu müharibəni ABŞ edər. Əksinə, bu addıma qarşı Səudiyyə Ərəbistanı və ətrafında olan qüvvələr müharibəyə başlaya bilər. Çünki Hörmüz boğazının bağlanması Səudiyyə və digər ərəb dövlətlərinin iqtisadiyyatına zərər vurmaq deməkdir. Sözsüz ki, bu halda qarşı tərəf İran donanmasını üstələyər.
- Bəs boğazın bağlanması dünya neft siyasətinə hansı təsir göstərər?
- Neftin qiyməti qalxacaq. Nəzərə alınmalıdır ki, neft belə proseslərə çox həssasdır.
- Dünyada istifadə edilən neftin neçə faizi Hörmüz vasitəsilə dünya bazarına daşınır?
- Bu boğaz vasitəsilə dünyada istifadə edilən neftin 20 faizi daşınır. Bu konkret rəqəmdir.
- ABŞ-ın səyləri ortadadır. Onun İranın neft ixracının qarşısını almağını mümkün hesab edirsiniz?
- Niyə mümkün olmasın? Yalnız may ayı ərzində İranın neft ixracı 300 min barel aşağı düşüb. İxracın qarşısını necə almaq mümkündür? Sadəcə olaraq, alıcıya deyirsən ki, İran neftini alma. Alıcı da almır. Sənin də malın bazarda əlində qalır. Götürüb sənin piştaxtanın qarşısında hasar hörmürlər. Sadəcə, alıcılar gəlib sənin yanından keçir və neftini almır.
- Ancaq Çinin neftə olan ehtiyacının əsas hissəsini İran təmin edir. Çinə təzyiq edib İrandan neft almamasını təmin etmək ağlabatan görünürmü?
- 2011-2015-ci illər təcrübəsi var. Əvvəl Çin İrandan 1 milyon barel neft alırdı. Sonra bunu azaldıb 600 min etdi. Cənubi Koreya İrandan sutkalıq 500 min barel neft alırdı, indi 250 min barel alır. İrandan neft alan ölkələrin hamısı alış payını azaldıb. Hər müştəri bir az azaldanda İranın neft satışı da azalır.
- İran neftinin ixracının azalması bu ölkədə hansı problemlər yarada bilər?
- Sözsüz ki, əvvəlki dövrdə olduğu kimi gəlirləri azalacaq. Yada salın, ilin əvvəlində İranda nə baş verib? Rialın qiyməti 30 mindən 87 minə qalxıb, bir azdan 100 mini keçəcək. Bu, kəskin devalvasiyadır. Üstəlik ölkə daxilində mal qıtlığı hiss edilir. Ölkədən kapital axını dəhşətli dərəcədə güclənib. İnsanlar əlində olan pulları Türkiyə, Gürcüstan və Azərbaycanda daşınmaz əmlaka yatırırlar ki, pulları batmasın. Kapitalın İrandan necə çıxarılması sualına isə sadə cavab var: kapital sərhəd tanımır. Rüşvətini verib pullarını çıxarırlar.
- İran ətrafında baş verən proseslər region üçün hansı risklər və dividentlər gətirə bilər?
- Əgər qonşunun vəziyyəti yaxşıdırsa, deməli ətraf dövlətlər üçün də narahatlıq yoxdur. Qonşunun vəziyyətinin pis olması qeyri-stabilliyə aparan yoldur. Biz onu müşahidə edəcəyik ki, iranlı turistlərin Azərbaycana, Gürcüstana və Ermənistana getməsi azalır. Çünki pul yoxdur və ya pula qənaət edirlər. Bu, birmənalıdır. Nə qədər ki, beynəlxalq sanksiyalar İranın üzərindədir, deməli alış-veriş məsələləri yenidən çətinləşəcək. Məsələn, 2016-cı ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 125 milyon dollara qədər azalıb. Ancaq pik vaxtı bu rəqəm 560 milyon dollar idi. Deməli sanksiyalar öz təsirini göstərir. 2017-ci ildə isə ticarət dövriyyəsi 260 milyon dollara qədər artdı. Yəni yumşalma mövcud idi, ABŞ-İran arasında münasibətlər tədricən düzəlirdi. İndi vəziyyət yenidən kəskinləşdi, sanksiyalar işə salındı. Bu amil də bizim ticarət dövriyyəmizin azalmasına gətirib çıxarıb.
- Sirr deyil ki, ABŞ-ın İran neftinin satışını dayandırmaq addımı İranda hakimiyyət dəyişikliyinə hesablanıb. Siz, bunu mümkün hesab edirsinizmi?
- Mən bunu mümkün hesab etmirəm.
- Niyə?
- Baxmayaraq ki, bu mövzuda yazırlar, danışırlar. Amma İrandakı islam rejimini dəyişmək nə Qərbin, nə də Rusiyanın marağında deyil.
- Maraqlıdır, niyə belə düşünürsünüz?
- Çünki İslam inqilabından sonrakı İranın regiondakı mövqeyi bir neçə strateji hədəfə tuşlanıb. İran indiki halı ilə Səudiyyə Ərəbistanının stabilizatorudur. Yəni İran başqa formada olarsa, bu, artıq Səudiyyənin öz həlqəsindən çıxması deməkdir. İranın zəifləməsi və ya güclənməsi regionda tarazlığın pozulmasıdır. Odur ki, İranın indiki formada qalması həm Rusiyaya, həm Çinə, həm Avropaya, həm də ABŞ-a sərf edir. İran regionda basqı formasıdır və bundan lazımı anda istifadə edilir. İran Yaxın Şərq ölkələri, xüsusilə Körfəz dövlətləri üçün ABŞ-ın əlində istifadə alətidir. Odur ki, İran öz halında qalmalıdır. Yaxın perspektivdə İran belə olmalı, lakin daxildən də qaynamalıdır. Sovet İttifaqında "Yenidənqurma” layihəsi qısa müddətdə oldu, İranda isə bu proses uzunmüddətli olmalıdır. Bunun nəticəsində nə Səudiyyə cızığından çıxa bilir, nə İraq böyük iddialara düşür, nə də Türkiyə hərəkət edə bilir. İran Türkiyəni saxlayan, Ərdoğanı buxovlayan, Pakistan və digərləri üçün mühüm faktordur. Üstəlik nəzərə alınmalıdır ki, İran leqal və qeyri-leqal gəlirlərinin böyük hissəsini hərbə və kəşfiyyata xərcləyir. Bu, Qərb üçün yaxşı ssenaridir. İndi də İran prezidenti bəyan etdi ki, nüvə razılaşmasından çıxmaq fikri yoxdur. Təzyiqlərə qarşı Hörmüz boğazının bağlayacaqlarını desələr də, bunun baş verəcəyinə əsla inanmıram.
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir