"Bu olmasaydı, birinci turda prezident seçilmə şansı azala bilərdi" - Politoloqdan Ərdoğanın qələbəsinə şərh

img

26-06-2018 [14:48]


"Türkiyədə seçki bir fəlsəfəni də ortaya qoydu ki, siyasətçilər araşdırmalarla, rəy sorğuları ilə işləməyi bacarmalıdır".

Mia.az bildirir ki, bunu  Ərdoğanın qələbəsini şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Türkiyədə seçki nəticələri göstərdi ki, sosial media ilə real həyat fərqlidir:

"Türkiyədə seçki bir fəlsəfəni də ortaya qoydu ki, siyasətçilər araşdırmalarla, rəy sorğuları ilə işləməyi bacarmalıdır. Məsələn, seçki sonrası bəlli oldu ki, Rəcəb Təyyib Ərdoğanın Dövlət Baxçalı ilə ikili ittifaq formalaşdırması strateji baxımdan doğru və vacib addım idi. Bu olmasaydı, Ərdoğanın birinci turda prezident seçilmə şansı azala bilərdi. Ancaq Ərdoğan bu qərarı qəfil verməyib, onun müşavirləri siyasi analitiklərə araşdırmalar və rəy sorğuları sifariş verib və nəticələri analiz ediblər. Yekun qərar bu nəticələr əsasında verilib. Dövlət Baxçalının rəhbəri olduğu MHP də araşdırmalar aparıb və bu qənaətə gəlib ki, partiya üçün ən düzgün yol AKP ilə ittifaqdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA