Milli Qurtuluz Partiyası ?Xural? qəzetinə qarzı təzyiqləri pislədi

img

09-02-2011 [12:38]


MQP Siyasi Şurasının növbəti toplantısı keçirilib. Toplantıda ölkədəki siyasi durum, son dövrlər hakimiyyətin korrupsiyaya qarşı mübarizə tədbirləri istiqamətindəki addımları, müstəqil mediayaya və müxalif düşüncəli insanlara təzyiqlər və cari məsələlər müzakirə edilib. MQP Siyasi Şurası korrupsiyaya qarşı tədbirlərin xalqın içərisində olan narazılığının aradan qaldırılması məqsədilə həyata keçirildiyini, belə tədbirlərin yalnız aşağı ranqlı məmurları əhatə etməsindən təəsüfləndiyini bildirib. MQP Siyasi Şurası ?Xural? qəzetinə məhkəmə qərarları vasitəsilə edilən təzyiqləri və AXCP üzvü Cabbar Savalanlının şərlənərək narkotiklə həbs olunmasını pisləyib, bu cür addımların demokratiya və insan hüquqları sarıdan beynəlxalq imici heç də ürəkaçan olmayan ölkəmizə əlavə problemlər yaradacağını hakimiyyətin nəzərinə çatdırıb. MQP Siyasi Şurası ?Xural? qəzetinə qarşı hücumun dayandırılmasını və gənc fəal Cabbar Savalanlının təcili azadlığa buraxılmasını iqtidardan tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR