Bakıda çörək sexlərinin qapadılmasına bazlanılıb

img

16-12-2010 [04:38]


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi Bakı şəhərində normativ sənədin tələblərinə uyğun olmayan çörək istehsalının qarşısını alıb. Dövlət Komitəsinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, İdarə əməkdaşları Bakı şəhəri, Yasamal rayonunda yerləşən fiziki şəxs M.Məmmədovun rəhbərlik etdiyi müəssisədə çörək istehsalı zamanı standartların tələblərinə, metroloji qayda və normalara riayət olunmasını araşdırıb. Müəyyən olunub ki, müəssisədə sanitar-gigiyenik vəziyyət qeyri-qənaətbəxşdir, xammalların saxlanma rejiminə düzgün riayət olunmur. Müəssisədən seçilib götürülmüş nümunələrin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) sınaqları göstərib ki, məhsul normativ sənədin (QOST 27842-88) tələblərinə cavab vermir. Yoxlanılmış çörək məhsullarında fiziki-kimyəvi göstəricilərdən standartla nəzərdə tutulmuş yumşaq hissənin nəmliyi 43%-dən çox olmağa yol verilmədiyi halda, nümunədəki göstərici 46,9% müəyyən olunub. Bakı şəhəri, Səbael rayonunda yerləşən ?Azəri çörək? MMC-də İdarə əməkdaşlarının keçirdikləri monitorinq zamanı da bir sıra nöqsanlar aşkar olunub. Müəssisədə xammal kimi istifadə olunan unun saxlanma rejiminə, texnoloji qaydalara riayət olunmadığı üzə çıxıb Aparılan sınaqlar zamanı çörək məhsullarının tərkibində nəmlik 47,2% müəyyən olunub ki, bu da normativ sənədin tələblərinin pozulması deməkdir. Bakı şəhəri, Binəqədi rayonunda yerləşən ?Binəqədi çörək? MMC-də aparılan yoxlama zamanı isə müəyyən olunub ki, istehsal olunan məhsul üçün istifadə olunan xammallardan maya və duzun uyğunluq və gigiyenik sertifikatları mövcud deyil. AzTEST-də aparılan müayinə zamanı hazır məhsulun tərkibində nəmlik göstəricisinin standartın tələbindən çox olduğu aşkar olunub. Hər üç halda qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlər görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
14:02 27.05.2025

Ərdoğan Laçına gəlir

11:32 27.05.2025

Sabahın hava proqnozu...