Elmar Məmmədyarov dekabrın 13-dən 15-dək Koreya Respublikasında rəsmi səfərdə olacaq

img

13-12-2010 [01:52]


13-15 dekabr tarixlərində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasında rəsmi səfərdə olacaq. Səfər zamanı E.Məmmədyarovun Koreya Respublikasının Xarici İşlər və Ticarət naziri Kim Sunq-hvan, Koreya Respublikasının Milli Assambleyasının spikeri Park Hi Te, Koreya Respublikasının Baş naziri Kim Hvanq-şik ilə görüşləri planlaşdırılır. Görüşlərdə ölkələr arasında münasibətlərin cari vəziyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi, ticarət və digər məsələlər müzakirə mövzusu olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA