Azərbaycanla Küveyt hökuməti arasında üç sənəd imzalanıb

img

11-01-2011 [02:50]


Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın birinci iclası keçirilib. Azərbayan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, iclas zamanı siyasi və diplomatik, iqtisadiyyat və ticarət, investisiya və maliyyə, sənaye və energetika, hərbi, ali təhsil və elmi tədqiqatlar, nəqliyyat, rabitə və informasiya texnologiyaları, turizm, informasiya və mədəniyyət, səhiyyə və ekologiya, gənclərlə iş və idman sahələrində Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Tərəflər iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər. Küveyt tərəfi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulanıb. İslam Konfransı Təşkilatının (İKT) Zirvə Görüşünün 2014-cü ildə Bakıda keçirilməsi ilə bağlı Azərbaycanın təklifi Küveyt tərəfindən alqışlanmış və Azərbaycanın 2013-cü il üçün BMT-in Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəkləyəcəyini bildirilib. Birinci iclasın sonunda Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında aşağıdakı sənədlər imzalanıb : 1. Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın birinci iclasının Protokolu; 2. Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş; 3. Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik / xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında Saziş. Tərəflər əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında məsləhətləşmələr və müzakirələrin aparılmasının davam etdirilməsi barədə razılığa gəliblər. Qeyd edilməlidir ki, iclasda Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov, Küveyt nümayəndə heyətinə isə Küveyt Dövlətinin xarici işlər naziri cənab Şeyx Məhəmməd əl-Sabah rəhbərlik ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA