Rəsmi Ankara: "İraq ərazisini tərk etməyəcəyik"

img

12-06-2018 [15:44]


Türkiyə Silahlı Qüvvələri (SQ) sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə İraq ərazisini tərk etməyəcək.

Bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir bildirib ki, Türkiyənin məqsədi İraqın dağlıq rayonlarının PKK terrorçularından təmizlənməsi, həmçinin düzənlik ərazilərdə təhlükəsizlik zonalarının yaradılmasıdır.

N.Canikli qeyd edib ki, Türkiyə SQ İraq ərazisində PKK ilə daha güclü mübarizə aparmağa imkan verən hərbi baza yaradıb: "Türkiyə hələ bir il əvvəl İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyat aparmağı planlaşdırırdı".

Trend

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA