"ABŞ YPG və digər terrorçuları dəstəkləyir..." - Mövlud Çavuşoğlu

img

28-04-2018 [17:57]


"ABŞ YPG və digər terrorçuları dəstəkləyir, halbuki 2016-ci ildə bu dəstəyi dayandırmaq üçün öhdəlik götürüb."

Bunu jurnalistlərə Suriya üzrə üçtərəfli görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN başçısı bildirib ki, terrorçular Suriya ərazisini tərk etməli və zəbt olunmuş torpaqları mülki əhaliyə qaytarmalıdır.

"Terrorçular Suriyada bir çox əraziləri tutublar. Söhbət həmçinin Afrin, Menbic və İdlib kimi şəhərlərdən gedir. Onlar artıq mülki əhalinın arasındadırlar. Ona görə biz antiterror əməliyyatları zamanı çox ehtiyatlı olmalıyıq ki, mülki əhali zərər çəkməsin", - M.Çavuşoğlu diqqətə çatdırıb/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA