SOCAR İtaliya şirkətindən pay alıb - Müqavilə imzalanıb

img

23-09-2025 [13:59]


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Italiana Petroli S.p.A" şirkətinin məxsus olduğu "MIP S.p.A" şirkəti arasında səhmlərin alışı ilə bağlı müqavilə imzalanıb.

Mia.az xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində baş tutub.

Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Italiana Petroli S.p.A"nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imzalayıb.

Müqavilə SOCAR-ın Avropanın enerji bazarındakı mövqeyini gücləndirəcək.

Bundan başqa, AIIF 2025 çərçivəsində "EelElectric" MMC ilə elektrik mühəndisliyi və energetika sahəsində ixtisaslaşmış İsveç-İsveçrə transmilli korporasiyası "ABB Group"un Türkiyə nümayəndəliyi arasında Modul Panel Sistemlərinin quraşdırılmasına dair müqavilə imzalanıb. Sənədi "EelElectric"in direktoru Vüsal Mirzəyev və "ABB Group Türkey"in ölkə meneceri Mahmud Rzayev imzalayıb. Layihə elektrik infrastrukturu sahəsində texnoloji inkişafı dəstəkləyəcək(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA