Masallıda antik dövrə aid küp məzar tapılıb - FOTO
23-09-2025 [13:08]
Masallı rayonunun Eminli kəndi ərazisində xilasetmə tədbirləri nəticəsində antik dövrə aid küp məzarı tapılıb və tədqiq edilib.
AMEA Arxeologiya və Antroplogiya İnstitutundan Mia.az-a bildirilib ki, institutun aparıcı elmi işçiləri, dosent Anar Ağalarzadə və Dmitriy Kiriçenkonun apardığı qazıntılar zamanı üzə çıxmış və şərti olaraq "3 №li küp məzarı" kimi qeyd edilmiş bu maraqlı dəfn abidəsi düzən sahədə 40 sm dərinlikdən tapılıb.
Maraqlı xüsusiyyət ondan ibarətdir ki, məzar bütünlüklə dəniz balıqqulağı ilə örtülmüş və hətta dəfn küpünün içərisi də balıqqulağının təsirindən ciddi zədələnib. Bunun da başlıca səbəbi dəfndən çox sonralar arealı Xəzər dənizinin qabarması nəticəsində su basmış və qəbirlər uzun müddət su altında qalıb.
Tədqiq olunan küp qəbir yanüstə, ağız hissəsi qərb istiqamətində basdırılıb. Dəfn qabının ağzının bir tərəfində keyfiyyətsiz gildən zəif hazırlanmış bir qulplu küpə qoyulub, lakin kəskin rütubətin təsirindən qeyd olunan qab dağılıb. Küpün kənarında bir kiçikhəcmli ağzı novçalı qab da qoyulub. Bu qab oynoxoya (və ya enoxoya) tipli, ağzı yuvarlaq şəkildə üç yerə şaxələnən təkqulplu dolçadır. Adının mənasından bilindiyi kimi, şərab saxlamaq üçün istifadə olunub. Dəfn prosesi zamanı küpün ağız tərəfində ocaq yandırılmışdır ki, bu da elmi ədəbiyyatda pis və şər ruhlardan təmizlənmək anlamına gəlməkdədir.
Küpün içərisində sıx bükülü şəkildə, sağ yanı üstə, üzü cənub-qərb istiqamətində insan dəfn edilib.
Antropoloq D.Kiriçenkonun fikrincə, küp qəbirdəki insan Qafqaz görünüşünə malik yetkin kişi skeletinin qalıqlarıdır. İnsanın dişlərində ciddi aşınma, həmçinin kariyes və diş daşları olub. Skeletin bud sümükləri yüksək fiziki fəaliyyətin göstəricisidir ki, bu da "atlı döyüşçü" kimi qiymətləndirilə bilər. Qəbirdən aşkar edilən dəmir cida ucluğu dolayısı ilə qeyd olunan fikirləri təsdiqləyir. Belə ki, dəfn olunan insan at sürən və nizə atan döyüşçü kimi, çox güman ki, süvarilərə mənsub olub.
Skeletin ətrafında üç balaca miniatür qab (yağ və ya ətriyyat qabı) və bir kasa tipli qab qoyulub. Qəbirdən aşkar edilmiş saxsı qablar həm yerli saxsı məmulatları, həm də Aralıq dənizi regionundan gətirildiyini güman etməyə imkan verir.
Küpün içərisindən çoxlu sayda müxtəlif tipli və ölçülü muncuqlar və skeletin qulağında bir cüt, üzərində qaynaqlama üsulunda üzüm təsviri formasında hazırlanmış qızıl sırğalar tapılıb.
Qeyd edilib ki, Eminli küp qəbrini Azərbaycanın cənub-şərqində qədim dövrə aid həm yerli istehsal, həm də xaricdən gətirilən dəyərli əşyaları özündə ehtiva edən hələlik yeganə zəngin dəfn abidəsi
“Yelo Bank” ASC-də yeni icraçı direktor... - Köhnə komanda Vahid Ələkbərovun bankında əsas gücə çevrilir
Bakı-Laçın müntəzəm avtobus reysi açılır
Sabahın hava proqnozu açıqlanıb
Xocalıya növbəti köç olub
Kapital Bank"ın İdarə Heyətində dəyişiklik edilib
Şəhid Vüqar Babayevlə vida mərasimi keçirilib
Agentliyin sədr müavini vəzifədən azad olunub
İran rəsmilərinə sanksiyalar tətbiq olunub
Ərəstun Orucluya da hökm oxundu - Məhkəmə prosesi
Pensiya məbləği necə hesablanır?
Orxan Lökbatanlı: "Belə bir adamı Allaha tapşırıram"
"Azərsilah"ın zavodunda qəza olub
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə başlayır
Gimnaziyalarda nöqsanlar aşkarlanıb
İcra Hakimiyyəti işçilərinin yarısı işdən azad edildi - Başçıdan diqqətçəkən qərar + SİYAHI
Azərbaycan nefti bahalaşdı - 2 dollar
“Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş verib
Coca-Cola şirkəti məhkəməyə verildi - Qadınlara görə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan sabiq nazirə təşəkkür etdi
Okan Buruk: "Mourinyoya çox böyük hörmətim var"
Çempionlar Liqası: "Qarabağ" darmadağın oldu - YENİLƏNİB
Məşhur serial yarımçıq dayandırıldı - Tanınmış aktyor saxlanıldı
İŞİD terrorçuları Suriyada həbsdən qaçıblar
Mirça Luçesku Türkiyəyə qarşı oyuna olacaq? - Qeyri-müəyyənlik var
"Qazprom": "Avropada qaz anbarlarının çoxunda ehtiyat azalıb"
İsrail Qəzzaya zərbələr endirib - Ölənlər var
Almaniya Müdafiə naziri: "Türkiyə NATO-ya böyük güc verir"
"Maraqlıdır ki, “m10”un "söykəndiyi" "Kapital Bank”da da bu sahəyə xarici vətəndaş rəhbərlik edir" - Ekspertdən şok açıqlamalar
TRAMP DƏVƏT ETDİ, ƏLİYEV ABŞ-a GETDİ - FOTO
Ramazanın ilk gününün duası - İmsak və iftar vaxtı
SU PULU LİMİTLƏ HESABLANACAQ - Əhali üçün qiymət dəyişir (YENİLƏNİB)
Altay Göyüşova hökm oxundu - 6 il həbs cəzası
ƏDƏBİ MUSİQİLİ MƏKANDA ŞAİRLƏ GÖRÜŞ... - FOTOLAR
"Ədəbi şəxsiyyətinizlə vəhdətdə alim, pedaqoq və..." - Prezident və Birinci vitse-prezident Xalq şairini təbrik ediblər
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Məşhur kollecin direktorunun adı qalmaqalda: milyonluq mülklər...
İcra başçısı sabiq deputatdan polisə şikayət verib - AÇIQLAMA
Kremlin sözçüsü: "Nə Rusiya, nə də Çin nüvə sınaqları keçirməyib"
Sabiq deputat bacısı oğlunun həbsini istəyir - TƏFƏRRÜAT