"Türk əsgəri həm peşəkar, həm də əzmkardır..." - NATO Baş katibi

img

30-04-2018 [16:30]


"Xüsusən terrorla mübarizədə Türkiyə İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyaya infrastruktur təmin etdi. Bunun üçün türk əsgərinə minnətdarıq".

Bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

"Türkiyənin güclü bir ordusu var. NATO missiyaları və əməliyyatlarına dəstək verir. Əfqanıstandakı missiyamızın qabaqcıl dövlətlərindən biri olan Türkiyə yüzlərlə əsgər ilə illərdir ki, orada mövcuddur. Əfqanıstanda türk əsgərlərini şəxsən gördüm. Türk əsgəri həm peşəkar, həm də əzmkardır. Etdiklərindən təsirləndim”, - Stoltenberq deyib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA