Sərkisyan Yerevanı çalxalayan müxalif liderlə görüşdü: "Ümidvarıq ki, etirazçılarla dialoq olacaq"

img

21-04-2018 [22:45]


Ermənistan prezidenti Armen Sarkisyan Yerevanın Respublika meydanında keçirilən etiraz aksiyasına gələrək müxalifət lideri Nikol Paşinyanla görüşüb. 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşdən sonra A.Sarkisyan etirazçılarla dialoqun aparılacağına ümidvar olduğunu bildirib.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Etirazlara baxmayaraq, aprelin 17-də Serj Sarkisyan parlamentdə keçirilən xüsusi iclasda bu posta təyin olunub.

Ölkə Konstitusiyasına edilən dəyişikliyə əsasən, Ermənistan parlament üsul idarəçiliyinə keçir və prezidentin səlahiyyətləri baş nazirə verilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA