"Xalq artıq hakimiyyəti ələ alıb, Sərkisyan istefa verməlidir” - Erməni müxalif lider

img

21-04-2018 [15:59]


"Ermənistanın baş naziri Serj Sərkisyan vəziyyətə nəzarət etmir”.

 News.am-ın verdiyi xəbərə görə, bunu İrəvanda mitinqdə çıxış edən "Mülki müqavilə” partiyasının lideri, deputat Nikol Paşinyan bəyan edib.

Hakimiyyətin dialoqa çağırışlarını şərh edən N.Paşinyan deyib ki, artıq hökumətlə danışıqlara başlanılıb. 

"Çünki xalq artıq hakimiyyəti ələ alıb”, deyə deputat əlavə edib.

Onun sözlərinə görə, bu gün ölkədə etirazlar daha kütləvi xarakter daşıyıb, nümayişçilərin sayı digər günlərlə müqayisədə artıb, bəzi ali məktəblərin tələbələri isə dərslərdən imtina edib.

N.Paşinyan həmçinin etirazçıların tələblərini səsləndirib: "Serj Sərkisyan istefa verməli, xalq tərəfindən namizədliyi irəli sürülən baş nazir seçilməli və müvəqqəti hökumət yaradılmalıdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA