"Onu pozsalar, peşman olacaqlar” - Ruhanidən ABŞ-a gözlənilməz və müəmmalı xəbərdarlıq

img

09-04-2018 [23:53]


"Amerika Birləşmiş Ştatları Tehranla bir sıra ölkələrin 2015-ci ildə imzaladığı nüvə sazişini pozsa, Vaşinqton "bundan peşman olacaq”.

Bunu İran prezidenti Həsən Ruhani deyib. 

"Sazişi birinci biz pozmayacağıq, ancaq bilsinlər ki, onu pozsalar, peşman olacaqlar”, – Ruhani aprelin 9-da Tehranda konfransda deyib. Bu gün İranda Milli Nüvə Texnologiyası günüdür.

"Onların düşündüyündən daha çox hazırlıqlıyıq, sazişi pozsalar, bir həftəyə, bir həftədən də az müddətə nəticəni görəcəklər”, – Ruhani deyib.

ABŞ prezidenti Donald Tramp mayın 12-dək nüvə sazişindən çıxmaqla hədələyib. Nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində Tehrana beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur. (Amerikanın Səsi)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA