Moskvadan ABŞ-a ard-arda xəbərdarlıq: "Vuracağıq" - Gərginlik pik həddə çatıb

img

11-04-2018 [12:27]


Suriyanın Şərqi Quta bölgəsində tətbiq edilən kimyəvi silah hücumla bağlı iddialar dünyanın nəhəng ölkələrini toqquşma həddinə çatdırıb. 

Artıq Rusiya, ABŞ və Avropa ölkələri ehtimal olunan toqquşmaları nəzərə alaraq, sərnişin təyyarələrinin Suriyanın hava məkanından keçməməyi tələb ediblər.

Mia.az xarici mətbuata istinadən bildirr ki, bu barədə İngiltərənin "Daily Telegraph" qəzeti sensasion yazı dərc edib. Qəzet bildirir ki, Rusiya federasiyasının deputatları Putinə "müharibəyə hazırlıq"la bağlı müraciət ünvanlayıb. 

Müraciətdə ABŞ-ın Suriyaya gözlənilən istənilən hücumuna cavab verilməsinin vacibliyini də bildirib: "Deputatlar Putindən belə hücum olarsa, Rusiyanın hərbi qüdrətinin hərəkətə keçirilməsini istəyiblər".

Bu arada isə Rusiyanın Livandakı səfiri də bəyanat yayaraq, ABŞ-ın Suriyaya istənilən  hücumuna cavab veriləcəyini bildirib: "ABŞ-ın atdığı bütün raketlər elə havadaca vurulacaq".

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-a hərbi müdaxilədən çəkinməsi üçün xəbərdarlıq edib: "Hazırda nəzərdən keçirdiyiniz hərbi müdaxilə planlarınızdan qaçmanızı məsləhət görürürük. Əks halda, qanunsuz hərbi müdaxilə macəranızda bütün hüquqi məsuliyyət sizin üzərinizdə qalacaq".

Avropa ölkələri isə ehtimal olunan növbəti kimyəvi silah hücumuna qarşı ortaq hərəkət etməklə bağlı razılaşıblar.

Bu barədə Fransanın prezidenti Emmanuel Makron açıqlama verib. Deyib ki, ehtimal olunan növbəti hücum olarsa, o zaman Suriya hökümətinə aid olan  bütün kimyəvi bazalar məhv ediləcək.

Onu da qeyd edək ki,  ABŞ-ın BMT TŞ-yə Suriya ilə bağlı təqdim etdiyi sonuncu hücum planı Rusiyanın vetosu ilə rədd edilib. Bundan sonra ABŞ ən böyük hərbi gəmisini Aralıq dənizinə - Suriya ilə sərhədə göndərmək qərarını verib. Amerika ordusu isə prezident Trampa Əsəd hökumətinə zərbə endirmək üçün 22 fərqli nöqtədən hücum variantları təqdim edib. Tramp isə bəyan edib ki, hazırda bu planları nəzərdən keçirir və qısa zamanda qərarını verəcək. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA