Yaponiya Rusiyaya nota verdi: "Hərbi təlimi dayandırın!"

img

28-03-2018 [11:59]


Rusiyanın İturup adalarında keçirdiyi hərbi təlimlə əlaqədar olaraq Yaponiya rəsmi Moskvaya öz etirazını bildirib.

Bunu parlamentdə çıxışı zamanı Yaponiya Xarici İşlər naziri Taro Kono deyib.

"Bu təlimlər Rusiyanın Kuril adalarında hərbi mövcudluğunun artırmasına imkan yaradır. Bu isə ölkəmizin bu adalarla bağlı mövqeyinə uyğun gəlmir”, – deyə o bildirib.

Qeyd edək ki, Yaponiya indiyə qədər İturup, Xabomai, Kunaşir və Şikotan adalarını öz ərazisi sayır. Tokio bundan öncə dəfələrlə bu adaların geri qaytarılması üçün Moskva ilə danışıqlar aparsa da, heç bir uğur əldə etməyib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA