Kataloniyanın sabiq rəhbəri saxlanılıb - Almaniya polisi tərəfindən

img

25-03-2018 [17:23]


 İspaniyanın Kataloniya muxtar vilayətinin sabiq rəhbəri Karles Puçdemon Danimarka ilə sərhəddə Almaniya polisi tərəfindən saxlanılıb.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü onun vəkili Jaume Alonso-Kuevilyas öz "Twitter" mikrobloqunda yazıb.

Vəkil Puçdemonun Finlandiyadan Belçikaya gedərkən saxlanıldığını və hazırda komissarlıqda olduğunu bildirib.

Müdafiəçinin sözlərinə görə, Puçdemon Belçikaya məhkəmədə ifadə vermək üçün gedirmiş.

Cümə günü İspaniya Ali Məhkəməsinin hakimi Pablo Lyarena Puçdemonun həbsi üçün Avropa orderi verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA