24-03-2018 [16:45]
Uzun illərdir ki, Azərbaycanın avtomobil yolları ölkənin ən böyük problemlərindən biridir və məşhur "Rusiyada iki bəla var – axmaqlar və yollar” atalar sözünü əminliklə ölkəmizə də aid etmək olar.
Yeni yolların tikintisi və köhnə yolların təmiri üçün vəsait tez-tez və səxavətlə ayrılsa da, onların vəziyyəti qənaətbəxş deyil. Təkcə bu ilin ilk aylarında prezident İlham Əliyevin sərəncamı ilə dövlət büdcəsindən Rusiya ilə sərhədə qədər yeni bir avtomobil yolunun tikintisi üçün 150 milyon, Giləzi – Xızı – Fındığan və Ağdamda avtomobil yollarının tikintisinə 2 milyon, Salyan rayonunda bir neçə kəndi birləşdirən yola 700 min, eləcə də Çarxı – Məmmədxanlı avtoyolunun tikintisinə 10,1 milyon manat ayrılıb.
Praktik olaraq, yol təmirinə də bu qədər vəsait ayrılır. Ötən il yol infrastrukturunun inkişafına və saxlanmasına qoyulan investisiyalar 1 milyard 335,6 milyon manat təşkil edib. Bu, 2016-cı ildəkindən 18,4% çoxdur. Analoji vəsaitlər ölkədə iri beynəlxalq tədbirlərə və hərbi xərclərə sərf edilir.
Mütəxəssislərin fikrincə, ölkədə bir kilometr yeni yolun tikintisi dövlət büdcəsinə təxminən $18 milyona başa gəlir. Müqayisə üçün, reytinqdə 13-cü yeri tutan ABŞ-da yolun bir km-nin çəkilməsinə $ 5,9 mln xərclənir. Bu cür xərclər olanda nəticə də müvafiq olmalıdır.
Dünya İqtisadi Forumunun tərtib etdiyi 2016-2017-ci illərdə yolların keyfiyyəti üzrə ölkələrin reytinqində Azərbaycan dünyanın 136 ölkəsi arasında 44-cü yeri tutur. Bu, qonşularla müqayisədə kifayət qədər yüksək göstəricidir. Amma yol infrastrukturunun xərclərinin məbləği nəzərə alınanda reytinqdə yer daha yüksək ola bilərdi. Amma Bakının kəndlərarası yollarında olan, sonradan dərin quyuya çevrilən çala-çuxur və çökəklər reytinqdə mümkün səhvlərdən xəbər verir. Qar və yağışdan sonra asfalt örtüyünün çevrildiyi şeyə yol demək çətindir.
Yeni yollar tez-tez batır və bir çoxları bunu asfalt betonun keyfiyyəti, daha dəqiq desək, keyfiyyətinin olmaması ilə bağlayırlar. Yerli ekspertlərin fikrincə, betona kifayət qədər sement əlavə edilmir, asfalt da korrupsiya qurbanı kimi tanınır. Beləliklə, asfalt-beton pulları kimlərinsə cibində böyük axın edir, yollar isə sahibsiz qalır.
Yolları dünyanın ən yaxşısından biri olan Hollandiya yol tikintisi zamanı bahalı asfalt betondan imtina edib, onu təkrar emal edilmiş materialla, əsasən plastiklə əvəz etməyə başlayıblar. Bu, xərcləri, tikintiyə sərf olunan vaxtı azaldıb və yolların ömrünü uzadıb. Ancaq Azərbaycanda buna çox var, sənədlərdə yolların istismar müddəti 20-30 il göstərilsə də, onların ömrü çox qısa müddətlidir.
Reytinqdə Azərbaycan yollarının yerləri onların xərclərinə uyğun gəlirmi?
Yol hərəkəti məsələləri üzrə ekspert və hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, ölkədə yolların vəziyyəti əsla qənaətbəxş deyil və bunu bir neçə göstəricidən görmək olar: "Yolları iki növə bölmək olar: yaşayış məntəqələrinin yolları, yəni küçələr və prospektlər; respublika və yerli əhəmiyyətli yollar. Paytaxtın prospektləri və əsas yolların vəziyyəti nisbətən yaxşıdır. Bunlara Nobel prospekti, Ziya Bünyadov, Tbilisi prospekti, Səməd Vurğun küçəsi, Rəşid Behbudov küçəsini göstərmək olar. Lakin hətta bunlarda pis hava olanda böyük gölməçələr yaranır. Az istifadə edilən ikinci dərəcəli küçələrin vəziyyəti paytaxtda belə dəhşətlidir. Bu yollarda hər şeyi görmək olar: çuxur, çatlar və yolun bir hissəsinin qanunsuz olaraq ələ keçirilməsi. Ümumiyyətlə, bütün yol infrastrukturu ən yüksək səviyyədə olmalıdır, istisnasız bütün yolların vəziyyəti sabit şəkildə saxlanmalı, vaxtında təmir olunmalıdır. Bütün inkişaf etmiş dünyada yol nöqsanları standartları qəbul edilib. Məsələn, çüxurların, çatların ölçülərinin satandartları var. Onları keçəndə qəzalar baş verə bilər. Bizdə hələ də belə standartlar yoxdur”.
Ekspert vurğulayıb ki, Bakından kənardakı yolların vəziyyəti dəhşətlidir: "Qeyri-rəsmi məlumatlara görə, Xırdalan şəhərində 200 mindən çox insan yaşayır, lakin orada normal küçələr yoxdur. Hamısında çatlar, çüxurlar var, zolaqlar yoxdur. Bakı qəsəbələrindəki yollar da təxminən eyni vəziyyətdədir. Bir və ya ikisi istisna olmaqla, qəsəbələrdəki yollar çökəklər və çüxurlarla doludur, qazılıb, normal səkilər yoxdur. Respublika əhəmiyyətli yollara gəlincə, onların əksəriyyəti son illər yaxşılaşıb, amma Bakı-Quba-Rusiya sərhədi və əks istiqamətdə ciddi nöqsanlar var. Eyni sözləri Ələt-Astara yolu haqqında da demək olar. Lakin obyektivlik üçün deyək ki, "Azəravtoyol” Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyinə çevriləndən və rəhbərlik dəyişiləndən sonra yollarda yaxşılaşma var və onlar tədricən qaydaya salınır. Bundan başqa, yolların təmiri ilə yalnız Dövlət Agentliyi yox, yerli icra hakimiyyəti orqanları da məşğul olmalıdır. Lakin əksər hallarda onlar bundan boyun qaçırır”.
İqtisadçı ekspert Nemət Əliyev hesab edir ki, son illərdə dövlət maliyyələşməsindən ən çox vəsait nəqliyyat sektoruna ayrılır:
"Amma onun şahidi oluruq ki, investisiya layihələrində istismar müddəti 25-30 il müəyyənləşdirilmiş yollar 3 ildən sonra sıradan çıxır. Bu, korrupsiya ilə bağlıdır. Tikintiyə ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir, yollar keyfiyyətsiz tikilir, buna görə istismar müddəti bir neçə dəfə azalır.
Buna görə bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün daha çox vəsait ayırmaqdansa, onların xərclənməsinə ciddi dövlət maliyyə nəzarəti təmin edilməlidir. Belə bir nəzarət yoxdur, buna görə də Azərbaycan korrupsiya səviyyəsi üzrə ölkələrin reytinqində ən yüksək mövqelərdən birini tutur”.
Turan.az
İlham Əliyev Rusiya rəsmiərini qəbul edib - FOTO
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Bu gün Əfv Məsələləri Komissiyası toplanır - 100-dən çox müraciətə baxılacağı gözlənilir
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar
Azərbaycan nefti 2.5 dollar ucuzlaşdı
Braziliyada güclü sel: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb
Çempionlar Liqası: alman komandası PSJ-ni devirdi
AVRO-2024: məşhur qapıçı "ofsayd"da saxlanıldı
Blinken Qəzza ilə İsrail arasındakı sərhəd qapısı ilə yəhudi qəsəbəsini ziyarət edib - FOTO
Paşinyan: "Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır" - "Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq"
TFF-dən seçki açıqlaması: "İstəsələr belə, xeyri yoxdur" - "60 gündən tez seçki ola bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED yeni qərarını açıqladı
İsrail ordusu Nusayrat düşərgəsinə hücum edib - 1 ölü, 5 yaralı var
Lənkəran Regional Elmi Mərkəzində “Şəkinin ədəbi-mədəni mühiti və folklor” mövzusunda tədbir keçirilib - FOTOLAR
İşə düzəltmə və... - İcra başçısının adı sensasion məhkəmə işində hallandı: "134 mini və 20 min manatı ona verdim..."
Qazaxıstanda Azərbaycan və Ermənistan arasında danışıqları keçiriləcək - Tokayev anons verdi
Məhkəmə Qubad İbadoğlu haqqında daha bir qərar verdi
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib
Netanyahu yenə meydan oxudu: "Ora girəcəyik, başqa yolumuz yoxdur" - "Məhkəmənin qərarı bizim üçün yox hökmündədir"
Silahlı şəxs saxlanılıb - Hədə-qorxu gəldiyi üçün
Xankəndidə silah-sursat aşkarlanıb
Könül Mehtiyeva Avropa çempionatının finalına təyinat alıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: İlham Əliyev çıxış edib (TAM MƏTN, FOTOLAR)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş direktor, müavini və şöbə müdiri... - Səhiyyə sahəsində yeni əməliyyat olub, saxlanılanlar var (ADLAR, Yenilənib
Bakının Nizami rayonunda dərəbəylikdir - İcra Hakimiyyətindən xəbərə reaksiya (FOTOLAR, YENİLƏNİB)
Prezident İlham Əliyev Zuhair Əlhartini ilə görüşüb (Yenilənib)