Paşinyan: "Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır" - "Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq"

img

02-05-2024 [00:12]


"Azərbaycanla sərhəddə vəziyyəti mümkün qədər nəzarətdə saxlamaq üçün münaqişə potensialının ən yüksək olduğu yerlərdən başlayırıq. Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır".

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanla sərhədin delimitasiyası üçün bütün lazımi sənədlər mövcuddur, onlar Ermənistan hökumətinin sərəncamındadır və bununla bağlı iş aparılır.

Paşinyan bildirib ki, delimitasiya prosesində hökumətin vəzifəsi sərhədin təkcə ayrı-ayrı hissəsinin deyil, həm də bütün Ermənistan-Azərbaycan sərhədinin bərpası üçün qanuni əsasları təmin edəcək formulu tapmaqdır: "Bu gün biz sərhədin təkrar müəyyən edilməsi üçün lazımi paketi formalaşdırırıq və bu paket Alma-Ata Bəyannaməsinə əsaslanır. 2022-ci il oktyabrın 6-da biz Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanla bir-birimizin ərazi bütövlüyü və suverenliyinin tanınması barədə razılığa gəldik. Biz razılaşdıq ki, Alma-Ata Bəyannaməsi delimitasiya prosesi üçün əsas olacaq. İndi bu prosesə sadiqliyimizi təcrübədə nümayiş etdirmək son dərəcə vacibdir".

Baş nazir vurğulayıb ki, delimitasiya komissiyaları bir neçə mühüm məsələdə razılığa gəliblər: "Əsas odur ki, Alma-Ata Bəyannaməsi hər iki tərəf tərəfindən prosesin əsas prinsipi kimi qəbul edilib. İyulun 1-dək komissiyanın növbəti addımlar üçün iş reqlamenti dəqiqləşdiriləcək. Komissiyaların əsasnaməsi iki ölkənin daxili qanunvericiliyinə uyğun olaraq təsdiq ediləcək. Bundan sonra sərhəd komissiyasının üzvləri bir araya gələrək işi hansı sahələrdə davam etdirəcəklərini müəyyənləşdirəcək və razılaşdıracaqlar"(Report).

Paşinyan biildirib ki, Azərbaycanla razılaşmaya əsasən, sərhəd qoşunları delimitasiya olunmuş ərazilərə yerləşdiriləcək: "Azərbaycanla razılaşma əsasında delimitasiya olunmuş ərazilərdə sərhəd qoşunları yerləşdiriləcək. Çünki sərhədlərdə təhlükəsizliyi təmin etmək onların vəzifəsidir. Yəni sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq"

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 16.05.2024

Sabah yağış yağacaq