Paşinyan: "Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır" - "Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq"
02-05-2024 [00:12]
"Azərbaycanla sərhəddə vəziyyəti mümkün qədər nəzarətdə saxlamaq üçün münaqişə potensialının ən yüksək olduğu yerlərdən başlayırıq. Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır".
Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanla sərhədin delimitasiyası üçün bütün lazımi sənədlər mövcuddur, onlar Ermənistan hökumətinin sərəncamındadır və bununla bağlı iş aparılır.
Paşinyan bildirib ki, delimitasiya prosesində hökumətin vəzifəsi sərhədin təkcə ayrı-ayrı hissəsinin deyil, həm də bütün Ermənistan-Azərbaycan sərhədinin bərpası üçün qanuni əsasları təmin edəcək formulu tapmaqdır: "Bu gün biz sərhədin təkrar müəyyən edilməsi üçün lazımi paketi formalaşdırırıq və bu paket Alma-Ata Bəyannaməsinə əsaslanır. 2022-ci il oktyabrın 6-da biz Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanla bir-birimizin ərazi bütövlüyü və suverenliyinin tanınması barədə razılığa gəldik. Biz razılaşdıq ki, Alma-Ata Bəyannaməsi delimitasiya prosesi üçün əsas olacaq. İndi bu prosesə sadiqliyimizi təcrübədə nümayiş etdirmək son dərəcə vacibdir".
Baş nazir vurğulayıb ki, delimitasiya komissiyaları bir neçə mühüm məsələdə razılığa gəliblər: "Əsas odur ki, Alma-Ata Bəyannaməsi hər iki tərəf tərəfindən prosesin əsas prinsipi kimi qəbul edilib. İyulun 1-dək komissiyanın növbəti addımlar üçün iş reqlamenti dəqiqləşdiriləcək. Komissiyaların əsasnaməsi iki ölkənin daxili qanunvericiliyinə uyğun olaraq təsdiq ediləcək. Bundan sonra sərhəd komissiyasının üzvləri bir araya gələrək işi hansı sahələrdə davam etdirəcəklərini müəyyənləşdirəcək və razılaşdıracaqlar"(Report).
Paşinyan biildirib ki, Azərbaycanla razılaşmaya əsasən, sərhəd qoşunları delimitasiya olunmuş ərazilərə yerləşdiriləcək: "Azərbaycanla razılaşma əsasında delimitasiya olunmuş ərazilərdə sərhəd qoşunları yerləşdiriləcək. Çünki sərhədlərdə təhlükəsizliyi təmin etmək onların vəzifəsidir. Yəni sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq"
MİA.AZ
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib