27-02-2018 [11:53]
Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) nümayəndələri Bakı şəhərində səfərdə olmuş Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının (İPRA) prezidenti cənab Bart de Vries ilə işgüzar görüş keçirib.
İki təşkilat arasında mümkün əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi ilə baş tutan görüşdə tərəflər Azərbaycanda ictimaiyyətlə əlaqələr sahəsinin inkişafına təsir göstərə biləcək bir sıra mühüm mövzularla bağlı razılıq əldə edib.
Görüşdə müzakirə edilmiş mövzulardan biri beynəlxalq təcrübəyə çıxış imkanı əldə etmək istəyən yerli PR mütəxəssisləri üçün İPRA-nın üzvlük imkanlarının təqdimatı olub. Belə ki, İPRA prezidenti bildirib ki, rəhbərlik etdiyi beynəlxalq təşkilat özünün üzvlük hüdudlarının daha da genişləndirilməsində maraqlıdır. Onun sözlərinə görə, Azərbaycan İPRA-da təmsil olunan Qafqaz regionunun ilk ölkəsi ola bilər və bu məqsədlə APRA-ya İPRA-nın regional bölməsi statusunun verilməsi mümkündür. "İPRA-nın Azərbaycanda APRA üzərindən regional bölməsinin yaradılması hər iki təşkilatın qarşısında peşəkar kommunikasiya mütəxəssisləri icmasında daha geniş təmsilçilik imkanları açacaq", deyə cənab Bart de Vries vurğulayıb.
Tərəflər həmçinin İPRA-nın hər il təşkil etdiyi "GoldenWorldAwards” (GWA) müsabiqəsi barədə də fikir mübadiləsi aparıb. Məlumat verilib ki, sözügedən müsabiqə dünyada ictimaiyyətlə əlaqələr sahəsində keçirilən ən nüfuzlu sahəvi müsabiqələrdən biridir və bir neçə kateqoriya üzrə dünyanın bir çox bölgələrindən təqdim edilmiş çoxsaylı PR layihələrinin münsiflər tərəfindən qiymətləndirilməsini nəzərdə tutur. APRA nümayəndələri GWA müsabiqəsinin işində yaxından iştirak etməkdə maraqlı olduqlarını və bu müsabiqədə Azərbaycandan uğurlu PR layihələrinin iştirakını təmin edə biləcəklərini ifadə edib.Bunun qarşılığında yerli mütəxəssislərin layihələrinin sözügedən müsabiqədə təmsil olunmasının əvəzolunmaz təcrübə və yeni əlaqələr qazanılmasına yol açacağı bildirilib.
Görüşün sonunda tərəflər qarşılıqlı işgüzar münasibətlərin qurulması istiqamətində birgə əməkdaşlıq üzrə konstruktiv dialoqun davam etdirilməsinə dair razılıq əldə ediblər.
Sosial və Aqrar-Texnoloji Kollecinin gözətçisi qandallanıb
Şotlandiyanın ilk müsəlman baş naziri istefa verib - Açıqlama
Rusiya MN: "Ukraynada daha bir qəsəbəni nəzarətə götürdük"
"90 faiz insan bir addım o tərəfə aralanan kimi dalınca danışır" - "Heç onlar bilmirlər ki, it kimi öləcəklər, yoxsa nə kimi"
Hərbçimiz minaya düşüb - Qazaxda (Yenilənib)
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - Nələr müzakirə olunub? (FOTOLAR)
İMTAHANLARIN VAXTI DƏYİŞDİ - DİM-dən açqılama
Ceyhun Bayramov Qətərə işgüzar səfərə gedib
Yatağına sığmayan Kükü çayı - VİDEO
Ekspertdən deputata irad: "Ya milli təəssübkeşliyi yoxdur, ya da..."
Prezident İlham Əliyev Çin Xalq Assosiasiyasının sədri ilə görüşdə: "....səylərimizi əsirgəmirik" - FOTOLAR
PREZİDENT İKİ NƏFƏRİ NAZİR MÜAVİNİ TƏYİN ETDİ: Rəşad Nəbiyevin yeni müavinləri kimdir? - FOTOLAR
Nəsimi rayonunda aprel ayında səyyar qəbullar keçirilib - FOTOLAR
"Youtuber" 25 metr hündürlükdən yerə çırpılıb - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Mayın 5-də imtahanı keçiriləcək
PREZİDENT İCRA BAŞÇISINI VƏZİFƏDƏN AZAD ETDİ - Nazir əvəzi icra başçısı təyin olunub (FOTO)
Sabiq deputat hakim qarşısına çıxarıldı: "Siyasi fəaliyyətimə görə həbs edilməmişəm" - VİDEO, FOTO (Yenilənib)
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Baş prokuror 5 rayonun sakinlərini qəbul edəcək
Xarici ticarət dövriyyəsi niyə azalır? - Vüqar Bayramov yazır
"Real Madrid"in türk ulduzu: "Mənə burada "abi" deyirlər"
Mətbuat katibi kobud səhv edən deputatları "topa tutdu, onlara "savadsız" dedi - Biri Başkəndin harada olduğunu bilmir, digəri isə...
Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət oğurlanlb
Bakıda qətl: 70 yaşlı kişi 45 yaşlı şəxsi öldürdü
Baş məşqçidən qəzəbli açıqlama: "Feriştahı gəlsə, görüşə bilməz"
"Qəssam tuqayları" İsrail hərbçilərini öz silahı ilə vurub - F16-ların bombası partlamayıb?
"Fənərbağça"nın oyunçusu 6 həftə futbol oynaya bilməyəcək
Türkiyədə daha bir zəlzələ olub - 4.2 bal gücündə
Deputat işıqların tez-tez kəsilməsinə etiraz etdi: "Bir nəfərə görə bütöv kənd cəzalandırıla bilməz"
Daha bir ölkədə qızılca epidemiyası: 19 uşaq ölüb
Türkiyədə daha bir mafiya çökəldilib - Lideri tutulub (FOTO)
ZIYANLI VƏRDIŞLƏR (III yazı)
Bu gün Füzuliyə daha 39 ailə köçürülüb
Ərdoğan Fatih Ərbakanı niyə çay içməyə dəvət etmədi? - İki partiya arasında "çat"lar dərinləşir (Açıqlama)
Ərdoğanla CHP lideri nələri müzakirə edəcək? - "Əsas məsələ sosial-iqtisadi problem olacaq"
Abşeronda daha bir qətl: ər 48 yaşlı arvadını öldürüb
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu